Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:26

Qar yağacaq


Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 4-6 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG