Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:38

Büdcədə elmə Prezident Fondundan daha az pul ayrılır


Bir neçə QHT-ni birləşdirən Milli Büdcə Qrupu 2012-ci il dövlət büdcə layihəsi ilə bağlı rəyini açıqlayıb. Rəydə bildirilir ki, gələn ilin büdcə gəlirlərinin artımının 79.5 faizi Neft Fondundan transfertlərin hesabına baş tutacaq. Milli Büdcə Qrupu hesab edir ki, əsas vergi növlərinin çoxunun büdcə gəlirlərində və vegilər nazirliyi xətti ilə toplanan vəsaitlərdə xüsusi çəkisi azalacaq.

Milli Büdcə Qrupu Neft Fondunun gəlirlərinin 98 faizinin istifadəsini proqnozlaşdırır. Qrup ekspertlərinin fikrincə, bu da, neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsiplərinə ziddir.

Milli Büdcə Qrupunun eksperti Azər Mehtiyev deyir ki, rəy hazırlayarkən hökumətin büdcə siyasətinin əsas istiqamətlərini araşdırmaq və ayrılan xərclərin sosial-iqtisadi inkişafa nə dərəcədə xeyir verdiyini müəyyənləşdirmək istəyiblər.

“YENƏ DƏ NƏQLİYYAT SAHƏSİNƏ İNVESTİSİYALAR DAHA ÇOXDUR”

Müsahibimiz deyir ki, büdcə gəlirlərində qeyri-neft sektorundan daxilolmaların azalması diqqəti çəkir. Büdcə xərclərinə toxunan Azər Mehtiyev deyir ki, bu dəfə də investisiya layihələrinə gen-bol vəsait ayrılıb:

-İnvestisiya layihələrinin yönəldildiyi proqramlar barədə yenə də deputatlara məlumat verilməyib. Ötən ildəki kimi yenə də, nəqliyyat sahəsində iri investisiyalar var. 2 milyard manata qədər investisiya vəsaiti yönəldilir. Su və kanalizasiya sisteminə böyük miqdarda vəsait ayrılır. Tikintisi ötən illərdə başlanan meqa-layihələrə yenə də vəsait ayrılıb. Məsələn, Heydər Əliyev Mərkəzinə, Gənclik metrosunun üstündə olan yol ötürücü sisteminin tikintisinə, Qusarda qış idman kompleksinə nəhəng vəsait ayrılır...

ELM BÜDCƏNİN PRORİTETİ DEYİL

Azər Mehtiyev
Azər Mehtiyev
Azər Mehtiyev deyir ki, Naxçıvan MR-in büdcəsində gəlirlərin böyük əksəriyyəti yenə dövlət büdcəsindən transfert hesabına formalaşır. Onun sözlərinə görə, “Avrovisiziya” mahnı müsabiqəsinin Bakıda keçirilməsi də investisiya vəsaitinin artmasına səbəb olub. Milli Büdcə Qrupunun eksperti deyir ki, yenə də büdcədə elmin inkişafı proritet kimi görünmür:

- Bu il və gələn il xarici borcların ödənilməsində artım baş verir. Bu vəsait elmə ayrılan vəsaitdən iki dəfə çoxdur. Prezidentin Ehtiyat Fonduna ayrılan vəsait elm sahəsi üçün nəzərdə tutulan həcimdən iki dəfə çoxdur. Sahibkarlığın inkişafına ayrılan vəsaitin 1 milyard manata çatmasına rəğmən, burdan gələn gəlirin izini büdcə gəlirlərində görmək olmur...

MİLLİ BÜDCƏ QRUPUNDAN TÖVSİYƏLƏR...


Milli Büdcə Qrupu hesab edir ki, Neft Fondundan dövlət büdcəsinə transfertlər limitləşdirilməlidir. Bundan başqa Dövlət Neft Şirkəti üzrə neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsipinə (gəlirlərin azı 25 faizinin yığıma yönəldilməsi) əməl olunmalıdır. Qrup ekspertləri hesab edir ki, büdcənin bölmələri üzrə xərclərin artım templəri arasındakı kəskin fərqlər aradan qaldırılmalıdır.

“NEFT ÖLKƏSİDİR, PAYI DA BÜDCƏDƏ ÇOXDUR”

Vahid Əhmədov
Vahid Əhmədov
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə büdcənin 90 faizə qədərinin neftdən asılılığı fikri ilə bölüşmür. Millət vəkilinə görə, büdcənin yalnız 53-65 faizi neftdən gələn vəsaitlər hesabına formalaşır. O deyir:

«Azərbaycan neft ixrac edən ölkədir və əlbəttə, neftin payı büdcədə çox olacaq. Bu, yaxın gələcəkdə də azalan temp üzrə gedən deyil».

HESABLAMA PALATASINDAN MÜSBƏT RƏY

Hazırda büdcə layihəsinin parlamentin komitələrində müzakirəsi gedir. Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, təmsil etdiyi qurum büdcə layihəsi barədə rəyini Milli Məclisə təqdim edib. H.Əsədovun sözlərinə görə, növbəti ildə büdcə iqtisadi artıma imkan verəcək. Büdcə artan ictimai tələbata yönəlib, sənədin şəffaflığı istiqamətində də mühüm addımlar atılıb.
Palata ümumilikdə dövlət büdcəsinin layihəsini müsbət qiymətləndirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG