Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:39

Putinin yeni təklifi olan Avrasiya Birliyi ilə bağlı razılaşma imzalanır



Rusiya, Qazaxıstan və Belorus prezidentlərinin noyabrın 18-də Avrasiya Birliyi ideyası ilə bağlı ilkin sənədləri imzalayıblar. Qazaxıstan və Belorus prezidentləri bu gün Moskvada rusiyalı həmkarları ilə görüşüblər.

Kremlin məlumatına görə prezidentlər ölkələri arasında gələcək iqtisadi inteqrasiyaya dair bəyannamə imzalayıblar. Onların arasında artıq gömrük birliyi barədə razılaşma var. Bu sənəd isə 2015-ci ilə qədər tam iqtisadi inteqrasiyanı nəzərdə tutur.

Prezidentlər həmçinin bu inteqrasiyanın təmin etmək üçün dövlətlərüstü bir qurumun yaradılması haqqında razılaşma imzalayıblar.

Avropa Birliyinə bənzər bir qurum kimi Avrasiya Birliyi yaradılması ideyasını Rusiyanın Baş naziri Vladimir Putin irəli sürüb. Əvvəlcə həmin Birlik haqqında sənədləri Rusiya, Qazaxıstan və Belorus imzalayacaq. Amma bu birlik başqa keçmiş sovet respublikalarına da açıq olacaq.

Tənqidçilər hesab edirlər ki, Putin əslində başqa adla Sovet İttifaqını bərpa etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG