Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:35

Putinin ideyası olan Avrasiya Birliyi razılaşması imzalandı


Rusiya prezidenti Dmitry Medvedev (sağda) beloruslu həmkarı Alexander Lukashenko ilə görüşür. 19 mart 2009
Rusiya prezidenti Dmitry Medvedev (sağda) beloruslu həmkarı Alexander Lukashenko ilə görüşür. 19 mart 2009

Rusiya, Qazaxıstan və Belorus prezidentlərinin noyabrın 18-də Avrasiya Birliyi ideyası ilə bağlı ilkin sənədləri imzalayıblar. Qazaxıstan və Belorus prezidentləri bu gün Moskvada rusiyalı həmkarları ilə görüşüblər.

Kremlin məlumatına görə prezidentlər ölkələri arasında gələcək iqtisadi inteqrasiyaya dair bəyannamə imzalayıblar. Onların arasında artıq gömrük birliyi barədə razılaşma var. Bu sənəd isə 2015-ci ilə qədər tam iqtisadi inteqrasiyanı nəzərdə tutur.

Prezidentlər həmçinin bu inteqrasiyanın təmin etmək üçün dövlətlərüstü bir qurumun - Avrasiya İqtisadi Komissiyasının yaradılması haqqında razılaşma imzalayıblar.

Avropa Birliyinə bənzər bir qurum kimi Avrasiya Birliyi yaradılması ideyasını Rusiyanın Baş naziri Vladimir Putin irəli sürüb. Əvvəlcə həmin Birlik haqqında sənədləri Rusiya, Qazaxıstan və Belorus imzalayacaq. Amma bu birlik başqa keçmiş sovet respublikalarına da açıq olacaq.

Tənqidçilər hesab edirlər ki, Putin əslində başqa adla Sovet İttifaqını bərpa etməyə çalışır.

Amma Qazaxıstanın prezidenti Nursultan Nazarbayev bu gün imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bu cür iddiaların əsassız olduğunu deyib:

- Sovet İttifaqının bərpası haqqında necə danışmaq olar? Sovet İttifaqı sərt idarəetmə sistemi əsasında işləyirdi. İstehsal total şəkildə yalnız dövlətin nəzarətində idi. Yeganə kommunist ideologiyası Kommunist Partiyasının sütununu təşkil edirdi. İndi kimin ağlına gələ bilər ki, Qosplan, ya da Qossnab kimi idarələri bərpa etmək olar?

Adamlara başa salmaq lazımdır ki, bu cür iddialar bu regionda heç bir inteqrasiya görmək istəməyən rəqiblərimiz, ya da düşmənlərimiz tərəfindən ortaya atılan əsassız iddialardır.

Avrasiya İqtisadi Komissiyasına Rusiyanın Sənaye naziri Viktor Xristienko rəhbərlik edəcək. Avrasiya İqtisadi Birliyinin mərkəzi ofisi də Moskvada yerləşəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG