Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Şeyxülislam Vandan iki ailəni himayəyə götürmək istəyir


Vanda zəlzələdən zərər çəkən

Vanda zəlzələdən zərər çəkən

Qafqaz Müsəlmanları İdarəsi bu ailələrin yaşayışını təmin edəcək

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Vanda zəlzələdən zərərçəkən 2 ailəni öz himayəsinə götürmək istəyir. Bu barədə QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyıb Ərdoğana müraciət edib.

Məktubda qonşu ölkənin Van bölgəsində baş vermiş zəlzələdən əziyyət çəkən vətəndaşlarına yardım etmək niyyətini bildirilib. Müraciətdə qeyd olunur ki, QMİ Vanda dəhşətli zəlzələnin baş verdiyi ilk gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq, zəlzələdən əziyyət çəkənlərə maddi yardım göstərib.

“Lakin təbii fəlakətin miqyasının genişlənməsi - zəlzələnin davamlı şəkildə təkrarlanması səbəbindən evsiz-eşiksiz qalan türk vətəndaşlarının sayının artması bizi narahat etməyə bilməz. Soyuq, qarlı günlərin yaxınlaşması bizi xüsusilə qayğılandırır” – deyə, məktubda bildirilir.

QMİ-nin məktubunda fəlakət bölgəsindən olan ailələrin ikisinin himayəyə götürülməsi də təklif olunub.

“Zəlzələdən ən çox əziyyət çəkmiş Vanlı fəlakət qurbanı olan iki ailəni fəsadlar aradan qaldırılanadək himayəmizdə yaşamaq üçün Azərbaycana təşrif buyurmağa dəvət edirəm”.

İdarə həmin ailələrin yaşayışını təmin etmək, hər cür qayğı ilə əhatə etmək niyyətindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG