Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

BMT-də İranın nüvə proqramı müzakirə olunur



BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi noyabrın 18-da İranın nüvə proqramının “çox dərin və getdikcə artan narahatlıq” doğurması ifadə edilən qətnamə layihəsini səsverməyə çıxaracaq. Sənədin mətni artıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə razılaşdırılıb.

Sənədin layihəsi Agentlikdə təmsil olunan 35 üzv dövlətin təmsilçiləri ilə bu gün müzakirə ediləcək.

Bu agentlik keçən həftə İranın nüvə bombası hazırlamağa çalışması ehtimallarını gücləndirən faktlardan bəhs edən hesabatını yaymışdı. Bu hesabatdan sonra İsrailin İranın nüvə proqramını dayandırmaq üçün hərbi vasitələrə əl atması barədə məlumatlar yayılır. Noyabrın 18-də ABŞ-ın Müdafiə naziri Leon Panetta israilli həmkarı Ehud Barakla görüşündə bildirib ki, İrana qarşı hər hansı hərbi addımın yarada biləcəyi iqtisadi nəticələr əvvəlcədən göz önünə alınmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG