Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

Sakinlər qaz tələbi ilə yolu bağladılar


Etiraz aksiyası, 18 noyabr 2011
Etiraz aksiyası, 18 noyabr 2011
Noyabrın 18-də Salyan rayonunun Qarabağlı kənd sakinləri bir ildir kəndə qaz verilməməsinə etiraz olaraq Salyan-Şirvan yolunu bağlayıblar.

Polis yolu açmaq üçün kənd sakinlərinə zor tətbiq edib.

Kənd sakini Söhbət Kərimov:

«Polis qadınları itələyib az qala su kanalına salırdı. Camaatı döyüb dağıtdılar. Heç söz verən də olmadı ki, yolu açın, kəndə qaz veriləcək. Qaz heç yoxdursa, biz buna anlayışla yanaşarıq. Televizor səhərdən axşamacan bağırır ki, Azərbaycan filan-filan ölkələrə qaz verir. Varsa, sən birinci qazı mənə ver, sonra başqalarına sat da».

Sakinlər deyirlər ki, kəndin ərazisində neft yatağı var. Son vaxtlaradək yerli əhalinin qaz ehtiyacları hasilat quyularından verilən səmt qazı hesabına ödənilirdi. Bir ilə yaxındır əhaliyə qaz verilməsi dayandırılıb. Halbuki, kənddə yaşayan vəzifəli və imkanlı adamların evlərinə, sahibkarların obyektlərinə ordan yenə də qaz ötürülür.

Salyan rayon Polis İdarəsi rəisinin müavini Knyaz Həsənov isə AzadlıqRadiosuna deyib ki, kənd sakinlərinə qarşı heç bir zorakılıq olmayıb. Sadəcə, polis onlara başa salıb ki, qaz probleminin həlli üçün yolu kəsmək düz deyil. Rəis müavini özünün də evində qaz olmadığını deyib.

«Azəriqaz»ın yerli şöbəsindən isə kəndə səmt qazı verilməsinin dayandırılmasını təhlükəsizlik tədbirləri ilə əlaqələndirirlər. «Azəriqaz» Qarabağlı kəndinin qazla təchizatı üçün magistral xətdən 27 km uzunluğunda ayrıca boru kəməri çəkildiyini bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG