Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

Beynəlxalq Atom Enerjisi Agentliyi İrana nümayəndə heyəti göndərmək istəyir


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano təşkilatın İranın nüvə proqramıyla bağlı son hesabatını müzakirə etmək üçün Tehrana nümayəndə heyəti göndərmək fikrindədir.

O artıq səfərin təşkili ilə bağlı Tehrana rəsmi müraciət göndərdiyini deyir.
Amano ümid edir ki, bu səfər hesabatın bir sıra aspektlərinə aydınlıq gətirəcək.

O eyni zamanda İranın nüvə proqramıyla bağlı narahatlığın artığını qeyd edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin ötən həftə yaydığı hesabatda İranın nüvə silahı üzərində işləməsinin ələmətləri olduğu bildirilir.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG