Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02
Doğrusu, əziz dostum Rafiq Əliyev haqqında çoxdan yazmaq istəyirdim. Və özümə qalsaydı, bəlkə də bu yazını ləngidə-ləngidə gələn ilin fevralına, onun 70 illiyinə ancaq çatdıracaqdım. Amma yaxşı deyiblər: “Şər deməsən xeyir gəlməz”. Rafiq müəllimin işdən çıxarılması məni bu sətirləri daha tez yazmağa vadar etdi. Və bu yazı təkcə bir dost sözü yox, həm də bir vicdan borcudur.

Böyük rus yazıçısı Qoqolun dahi rus şairi Puşkin haqqında bir maraqlı fikri var. Hələ XIX əsrin əvvəlində, Puşkinin sağlığında Qoqol yazırdı: “Puşkin inkişafda olan rus adamıdır, hansı ki, bəlkə iki yüz ildən sonra peyda olacaq”.

Məncə, Rafiq Əliyev də məhz bu cür inkişafda olan Azərbaycan adamıdır, hansı ki, xoşbəxtlikdən iki yüz il bundan sonra yox, bu gün peyda olub.

Kimin xoşbəxtliyindən?

Əlbəttə ki, bu millətin, bu dövlətin xoşbəxtliyindən!

Əslində Rafiq müəllim kimi böyük bir alimin kafedra müdiri kimi xırda bir vəzifədən çıxarılması nə qədər qanqaraldıcı hadisə olsa da, onun bioqrafiyası

...Sözün düzü, mən öz yazımı bu nikbin cümləylə bitirmək fikrindəydim. Amma bir neçə akademikimizin Rafiq Əliyevi təkcə bir alim kimi tənqid etməklə kifayətlənməyib, az qala milli xəyanətdə, Qarabağı ermənilərə satmaqda ittiham etdiyi bəyanatı oxuyandan sonra təzədən yazıya qayıdası oldum.

üçün çox kiçik və ötəri bir epizoddur. Amma Neft Akademiyası üçün bu heç zaman silinməyəcək bir ləkədir. Azərbaycan balaca ölkədir və burda hamı hər şeyi bilir. Bu biabırçı hadisədən Neft Akademiyasındakı bir çox müəllimlərin və tələbələrin ən azı möhkəm pərt olduqları da hamımıza məlumdur.

Amma bir şeyi də deməliyəm ki, Rafiq Əliyevlə bağlı bu siyasi qərara hüquqi don geyindirmək istəyənlər çox qeyri-səmimi göründükləri kimi, bu hadisəyə həddən artıq siyasi rəng qatmaq istəyənlər də bəzən səmimi görünmür. Bu söhbəti çox xırdalamaq istəmirəm, amma Rafiq Əliyevi müdafiə kampaniyasında onun böyük dostu, dahi alim Lütfi Zadəyə qarşı hansısa ittihamların səslənməsi ayıbdır. Bir də ki, Lütfi Zadə Rafiq müəllimin müdafiəsi üçün ən vacib bildiyi sözü deyib, kiçik bir müsahibədə iki dəfə onun Nobel mükafatına real namizəd olduğunu vurğulayıb. Azərbaycanda elm və təhsilin ciddi böhran keçirtdiyini hakimiyyətin də təsdiqlədiyi bir dövrdə (üç nazir müavininin eyni vaxtda vəzifədən azad olunması nə deməkdir?!) Nobel mükafatına namizəd olan bir böyük alimin, gözəl müəllimin yalançı bəhanələrlə işdən çıxarılması dövlətçilik baxımından da biabırçılıq deyil, nədir? Yox, əgər kimin üçünsə Lütfi Zadənin yalnız Rafiq Əliyevi müdafiə etməsi yox, həm də açıq tekstlə bu hakimiyyəti söyməsi lazımdırsa, bu artıq başqa söhbətdir və bunun üçün başqa həmsöhbət tapmaq lazımdır.

Ümumiyyətlə, mətbuatda çalışan cavan və istedadlı qələm dostlarımızın xətrinə dəyməsin, amma jurnalistin nəyin bahasına olursa olsun, öz həmsöhbətindən onun demək istədiyi yox, özünün eşitmək istədiyi sözü qopartmağa çalışması ən azı etikadan kənar işdir.

Yeri gəlmişkən, mən Rafiq müəllim kimi hər addımda etikanı gözləyən, içdən gələn çox dərin mədəniyyətə, əxlaqa və tərbiyəyə sahib olan az adam tanıyıram.
Rafiq Əliyev

Rafiq Əliyev

Onun adamlarla rəftarında ağlagəlməz sadəliyini, hörmətcilliyini, diqqətcilliyini mən yalnız rəhmətlik Əbülfəz Elçibəylə müqayisə edə bilərəm.

Qədim Dao fəlsəfəsində deyilir: “Dəniz ona görə bütün çayların və arxların hakimidir ki, onların hamısından aşağıda yerləşir”.

Doğrudan da, dəniz onlardan yuxarıda yerləşsəydi, çaylar və arxlar dənizə necə axardı?

Bu günəcən dərs dediyi tələbələrin, elmi rəhbəri olduğu alimlərin heç birindən zərrəcə özünü yuxarı tutmayan Rafiq müəllim də, əslində, dəniz kimidir. Amma bu dənizin haçansa coşub dalğalandığını, Rafiq müəllimin bir dəfə də olsun təmkinini pozub səsini qaldırdığını görən olubmu? Özün qarabağlı olasan və bir dəfə də səsini qaldırmayasan. Bu da onun bir bənzərsizliyidir.

Son vaxtlar Rafiq Əliyevlə bağlı qəzetlərdə gedən bir çox yazılarda həm də onun böyük və çoxşaxəli elmi fəaliyyətindən, xüsusən də, çoxlarının adını eşidib mahiyyətini çətin anladığı “qeyri-səlis məntiq”dən danışırlar. Bu yazımın əvvəlində misal çəkdiyim atalar sözünü də, bəlkə hansı mənadasa qeyri-səlis məntiqin ifadəsi saymaq olar: “Şər deməsən xeyir gəlməz”.

Bəli, “hə” heç də həmişə təsdiqi, “yox” isə heç də həmişə inkarı bildirmir. Uzun illərdir ki, alimlərə və yazıçılara Nobel mükafatı verilərkən, onların elmi və ədəbi fəaliyyətləri ilə yanaşı, siyasi motivlərin də ciddi rol oynadığı məlumdur. Və bəlkə də, onu işdən çıxartmaqla, Rafiq Əliyev üçün hazırlanan Nobel medalına bir çəkici də Azərbaycan hakimiyyəti vurdu...

...Sözün düzü, mən öz yazımı bu nikbin cümləylə bitirmək fikrindəydim. Amma bir neçə akademikimizin Rafiq Əliyevi təkcə bir alim kimi tənqid etməklə kifayətlənməyib, az qala milli xəyanətdə, Qarabağı ermənilərə satmaqda ittiham
ADNA

ADNA

etdiyi bəyanatı oxuyandan sonra təzədən yazıya qayıdası oldum.

Yox, mənim məqsədim bu boş və əsassız ittihamlara cavab vermək deyil. Cavab verənlər onsuz da tapılacaq. Çünki bir tərəfdə həvəslə və ya həvəssiz, öz vəzifə borcu kimi, Rafiq Əliyevə və Ziyalılar Forumuna qarşı bəyanat dalınca bəyanat hazırlayanlar olduğu kimi, o biri tərəfdə də, onlara ən sərt cavab vermək üçün əlində qələm həvəslə o bəyanatları gözləyənlər var.

Əslinə qalsa, Rafiq Əliyevə və Ziyalılar Forumuna qarşı çox köhnə üsullarla, istedadsızcasına qurulmuş bu hücum kampaniyası dünya şöhrətli bu böyük alimi Azərbaycanda əsasən çalıb-oxuyanlarla maraqlanan geniş kütlələrə də daha yaxından tanıtdı.

Amma mən qorxuram ki, o tərəfli-bu tərəfli, bizi sevənlər də, sevməyənlər də, deyişə-deyişə bu söz-söhbətin altında əsas mətləbi it-bata salsınlar. Yəni, paravozun gücü fitə və tüstüyə getsin, qatar isə yerindən tərpənməsin.

Ziyalılar Forumunun bu qədər hay-küyə və mübahisələrə səbəb olmuş sonuncu toplantısı “milli birliyin şərtləri və yolları” mövzusuna həsr olunmuşdu.

Rafiq Əliyev də daxil olmaqla, biz hamımız ölkədə milli birliyin formalaşmasını, iqtidarlı-müxalifətli insanlara münasibətdə “sev məni, sevim səni” prinsipinə son qoyulmasını, ölkənin inkişafında, heç kəsə siyasi fərq qoyulmadan, bütün millətin potensialından istifadə olunmasını istəyirik. Məncə, ziyalı üçün əsl dövlətçilik düşüncəsi budur. Və mən hələ də inanmaq istərdim ki, bütün bu hay-küyə baxmayaraq, Azərbaycan prezidenti üzümüzə gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində milli birliyə gedən yolun ilk addımını atacaq, siyasi motivlərlə həbsdə yatanların azad olunması üçün fərman imzalayacaq.

Və mən inanıram ki, o fərman bizim gözəl alimimiz Rafiq Əliyevi nəinki yenidən öz işinə bərpa olunmaqdan, hətta Neft Akademiyasına rektor təyin edilməkdən də qat-qat artıq sevindirərdi

MEDİAFORUM

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG