Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:44

Dövlətin müğənnilərə verdiyi mənzillər, «Bakıelektrikşəbəkə»nin deputatlara cavabı...


Foto: Arxiv

Foto: Arxiv

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Oğuz rayonuna səfərindən bəhs edir.

Yazıda prezidentin mədəniyyət, istirahət parklarının və rayon məhkəməsinin yeni binasının açılışında iştirak etdiyi qeyd olunur.

«Bizim yol» qəzeti yazır ki, Bakı şəhər İcra Hakimiyyəti müğənnilərə Dövlət Mənzil Fondundan ayrılan mənzillərlə bağlı açıqlama verməlidir. Belə bir tələb Media Hüquqları İnstitutundan gəlib. Bakı şəhər 1 saylı inzibati-iqtisadi məhkəməsi də həmin iddiaya baxıb və təmin edib:

«Məhkəmənin qərarına əsasən, icra hakimiyyəti 2000-ci ilin iyunundan 2010-cu ilin iyununa qədər mənzil alanların siyahısını, mənzil fondundan mənzil verilməsini tənzimləyən bütün sənədləri təqdim etməlidir».

«Yeni Müsavat» qəzeti isə ölkədə elektrik enerjisi və qazla təminatdakı problemlərə toxunur. Qəzet rəsmi qurumların deputatlara verdiyi cavabları təqdim edir:

«Bakıelektrikşəbəkə» ASC - «Külək varsa, işıq kəsiləcək»,

«Azərenerji» ASC - «Ölkənin enerji sisteminin gücü artırılacaq»,

«Sumqayıtelektrikşəbəkə» ASC - «Hətta külək, yağış olanda belə, şəhərimizdə işıq kəsilmir»...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG