Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26
İtaliyanın tanınmış Benetton şirkəti səs-küyə səbəb olan reklam plakatını yığışdırmalı olub. Bu plakatda Roma Papası XVI Benediktin Misirin Al-Azhar məscidinin imamı Ahmad at-Tayiblə dodaq-dodağa öpüşməsi montaj olunmuşdu.

The İndependent yazır ki, məsələyə rəsmi Vatikan müdaxilə edəndən sonra şirkət reklamı yığışdırmalı olub. Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko bu cür halların yolverilməz olduğunu bildirib və şirkəti məhkəmə ilə hədələyib:

"Roma Papasının rəsminin kommersiya məqsədi ilə reklam xarakterli materialda bu cür təhqiramiz formada işlədilməsinə mütləq etiraz etməliyik”.

Benetton-dan bildirilərb ki, bu plakat “Unhate” adlı reklam kampaniyası çərçivəsində hazırlanıb. Kampaniyanın məqsədi nifrətin istənilən formada təzahürünə qarşı çıxmaqdır.

Artıq şirkət inanclı insanların heysiyyətinə toxuna biləcəyinə görə üzr istəyib və montaj olunmuş plakatları yığışdırıb. Buna baxmayaraq, həmin şəkillər populyar Avropa qəzetlərinin əksəriyyətində - The Sunday Times, International Herald Tribune və The Guardian-da dərc edilib.

Benetton yeni reklam kampaniyası çərçivəsində digər tanınmış siyasi-ictimai xadimlərin də fotomontajını hazırlayıb. Məsələn, Fransa prezidenti Nicolas Sarkozi Almaniyanın baş naziri Angela Merkellə, Barack Obama isə Venesuela lideri Hugo Chavezlə, İsrail naziri Fələstin liderilə öpüşür.

Bununla da Benetton artıq ikinci dəfədir ki, dini mövzuda qalmaqal yaradı. 1991-ci ildə öpüşən keşiş və rahibənn posteri də adağan edilmişdi. Həmin kampaniya da Vatikanla ciddi konflikt yaratmışdı.

Kampaniyanın çərçivəsində şəkillərin hamısına http://unhate.benetton.com səhifəsində baxmaq olar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG