Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

Ərəb Liqası Suriyaya vaxt verib


Ərəb Dövlətləri Liqası Suriya hakimiyyətinə zorakılığı dayandırmaq üçün 3 gün vaxt verib.

Ərəb Liqası tələb edib ki, Suriya təşkilatda nümayəndəliyini geri çəksin.
Noyabrın 16-da liqanın Mərakeşdə keçirilən iclasdan sonra Qətərin xarici işlər naziri Sheikh Hamad Bin Jassim al-Thani deyib ki, Suriya əməkdaşlığa getməsə, iqtisadi sanksiyalarla üzləşə bilər.

Liqa dinc aksiyaçılara qarşı güc işlədilməsinə son qoyulmasını, ağır hərbi texnikanı şəhərlərdən çıxarmağı, siyasi məhbuslara azadlıq verilməsini, jurnalistlərə və hüquq müdafiəçilərinə işləmək imkanı yaradılmasını da tələb edir.

Bir müddətdir Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. BMT-nin qiymətləndirməsinə görə, təhlükəsizlik qüvvələri tərəfindən aksiyalarda 3 mindən çox adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG