Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

Küveytdə nümayişçilər parlamentin binasını ələ keçirib


Noyabrın 16-sı axşamı Küveytdə bir neçə nümayişçi parlamentin binasını ələ keçirib. Onlar baş nazir Sheikh Nasser Mohammad al-Ahmad Al-Sabahın istefasını tələb ediblər.

Bu barədə müxalifyönlü deputat Mussallam al-Barrak məlumat verib. O, nümayişlərin təşkilatçılarından biridir və parlamentin buraxılmasını tələb edənlər arasındadır.

Bundan qabaq isə dəyənəklərlə silahlanmış polis keçirilən etiraz aksiyasını dağıtmışdı. Etirazçılar arasında yaralananlar olmuşdu.
Son aylar Küveytdə parlamentin qarşısında hər həftə etiraz aksiyası keçirilir.
XS
SM
MD
LG