Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:13

Suriya hərbi hava qüvvələrinin qərargahına hücum edilib


Suriyada müxalifətin tərəfinə keçmiş əsgərlər çərşənbə gününə keçən gecə hərbi hava qüvvələri kəşviyyat xidmətinin Dəməşq ətrafındakı qərargahına hücum ediblər.
Bina qismən dağılıb.

İtki və ya xəsarət alanlar barədə məlumat verilmir.

Çərşənbə günü Mərakeşin paytaxtında Ərəb Dövlətləri Liqası ölkələri xarici işlər nazirlərinin iclası başlanıb.

Toplantıda Suriyanın bu təşkilatda iştirakının dayandırılmasıyla bağlı qərarın təsdiqi gözlənilir.

Liqanın baş katibi Nabil al Arabi bildirib ki, Suriyada qan tökulməsini dayandırmaq üçün qəti addımlar atılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG