Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Ankara Dəməşqdəki səfirliyinə hücuma rəsmi münasibət bildirib


Türkiyə prezidenti Abdulla Gül və Energetika naziri Taner Yıldız çərşənbə günü Ankarada keçirdikləri mətbuat konfransında həftə sonu ölkənin Dəməşqdəki səfirliyinə hücuma rəsmi münasibət bildiriblər.

Abdulla Gül bu hücumun qəbuledilməz olduğunu bildirib.

O qeyd edib ki, əgər Suriya rəhbərliyi lazımi tədbirlər görməsə və bu cür hallar bir də baş versə, Türkiyənin buna reaksiyası başqa cür olacaq.

Taner Yıldız isə bildirib ki, biz bu hadisəyə göz yuma bilmərik, Suriyadakı indiki şəraiti heç cürə qəbul edə bilmərik.

Nazir qeyd edib ki, Türkiyə hazırda Suriyanı elektrik enerjisi ilə təhciz edir və əgər hadisələr bu cür davam eləsə biz bütün bu məsələlərə yenidən baxa bilərik.
XS
SM
MD
LG