Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:09

Bakıda vəkillərin problemləri müzakirə olunur


Noyabrın 16-da Bakıda Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılmasına həsr olunmuş beynəlxalq konfrans işinə başlayıb.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay deyib ki, tədbirin əsas məqsədlərindən biri ixtisaslı vəkillərin Vəkillər Kollegiyasına qəbulunu daha da təkmilləşdirməyin yollarını müəyyən etməkdir:

«Bundan başqa, ehtiyacı olan insanlara hüquqi xidmətləri göstərmək üçün funksional hüquqi yardım sisteminin qurulması da müzakirə olunacaq. ATƏT-in Bakı Ofisi Vəkillər Kollegiyası ilə birgə müxtəlif təlimlər və təcrübə mübadiləsi proqramları həyata keçirərək, Azərbaycanda vəkillərin fəaliyyətini daim dəstəkləyib».

Konfransın təşkilatçıları ATƏT-in Bakı Ofisi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi və Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutudur.

Konfransda Vəkillər Kollegiyasının nümayəndələri, milli və beynəlxalq mütəxəssislər iştirak edir.
XS
SM
MD
LG