Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Karzai ABŞ-la əməkdaşlıqda bir sıra şərtlər irəli sürüb


Əfqanıstan prezidenti Hamid Karzai ABŞ-ın ölkədə uzunmüddətli hərbi iştirakıyla bağlı bir sıra şərtlər irəli sürüb.

O qəbilə və icma üzvlərinin təmsil olnunduğu Loya-Cirgənin iclasında çıxış edərkən bildirib ki, biz strateji tərəfdaşlığa hazırıq , amma bu şərtlə ki, gecə reydləri və evlərdə axtarışlara son qoyulsun, Əfqanıstan xalqının milli toxunulmazlığına hörmətlə yanaşılsın.

Karzai həmçinin ağsaqqalları talibanla barışığa, sülh prosesinə kömək etməyə çağırıb.

Taliban 2000-nə yaxın adamın iştirak etdiy Loya Cirgənin iclasını pozmaqla hədələyib.
2014-cü ilin sonunadək Əfqanıstandakı beynəlxalq qüvvələrin ölkədən tam çıxarılması nəzərdə tutulur.
XS
SM
MD
LG