Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

800 kq ağırlığı olan kitaba 1 milyon avro xərc çəkilib

Dünyanın ən böyük Quranı Tatarıstanda saxlanılacaq. Kazanın ən böyük Qol Sharif məscidində nəhəng müqəddəs kitab respublika rəhbərliyinə təqdim ediləcək. Mərasimdə Tatarıstanın prezidenti Rustam Minnixanov da iştirak edəcək.

1,5 metr eni və 2 metr uzunluğu olan Quran kitabı italyan şirkəti tərəfindən hazırlanıb. Bu unikal nəşrin çəkisi 800 kq-dır. Kitab 632 səhifədən ibarətdir və onların hamısı şotland kağızından düzəlib. Nəşrin üz qabığı zərvərəq qızıldan, gümüş, malaxit, yəşəm və digər yarıqiymətli daşlarla bəzədilib.

Mediada yayılan xəbərlərə görə, Goriziada (İtaliya) yerləşən sloveniyalılara məxsus şirkət tərəfindən hazırlanan bu kitaba 1 milyon avro xərc çəkilib.

Kazan sakinləri və qonaqlar 2012-ci ilin iyununa kimi məscidin birinci mərtəbəsində Quranı izləyə bilərlər. Bundan sonra nəhəng kitab Bolqar şəhərinə - indiki tatarların əcdadlarının yaşadığı məkana aparacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG