Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

İnternet tariflərində «şok» endirimin pərdəarxası, qazsız qalan göydələnlər...


Foto: Arxiv

Foto: Arxiv

«GÖYDƏLƏNLƏRƏ NİYƏ QAZ VERİLMİR»

«Bizim yol» qəzeti bu suala cavab axtarır. Mirəli Seyidov, 34 ünvanında yerləşən binanın sakinlərindən biri qaz olmadığı üçün elektrik xərclərinin çoxaldığını deyir:

«Bir aydan çoxdur bura köçmüşük. Soyuqdur, qızdırıcı işlədirik. Hansı otağa keçiririk, qızdırıcını da özümüzlə aparırıq. Nə edək? Şikayət edirik, heç bir nəticəsi olmur».

Şərifzadə, 88 ünvanında yerləşən hündürmərtəbəli binanın sakinlərini də eyni problem narahat edir. Binanın komendantı qazın olmamasını sənədləşmə ilə izah edir. Şərifzadə, 100 ünvanında yerləşən binanın sakinləri isə 6 ildir qaz üzü görmürlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə deyir ki, bu binalar sənədləşməyibsə, ekspertizadan keçməyibsə, tikintisinə necə icazə verilib?

«İndi bir çox fırıldaqçı tikinti şirkətləri yaranıb. Hər kəs öz qohumunun adına belə şirkət açır, camaatı aldadır. 2007-ci ildə bir bina uçdu. Bu zaman ölkə prezidenti sərəncam verdi ki, tikililərə nəzarət gücləndirilsin. Bu binalara qazın verilməməsinin yeganə günahkarı sahibkarlardır. Onlar bu işi bacarmırlarsa, mütəxəssislərdən yardım almalıdırlar».

«HAKİMİYYƏTİN ANTİ-ZİYALI KAMPANİYASI İFŞA EDİLDİ» başlıqlı məqalə «Azadlıq» qəzetində dərc olunub.

Qəzet yazır ki, BDU-nun müəllimləri adından yayılan müraciətdə saxtakarlıq edilib:

«Azərbaycan hakimiyyətinin Ziyalılar Forumuna qarşı sovet ənənəsinə uyğun kampaniyası davam edir. Milli Elmlər Akademiyasının 4 üzvündən sonra Bakı Dövlət Universitetinin bir qrup müəllimi adından Ziyalılar Forumu

Ziyalılar Forumu

Ziyalılar Forumuna qarşı müraciət yayılıb. Bəlli olub ki, BDU-nun müəllimləri adından yayılan müraciət saxtadır. Yəni, müraciəti imzalayanların bir çoxunun bundan xəbəri yoxdur…

Akademik Cəlal Allahverdiyev bunları deyib: «Mənə öncə dedilər ki, dövlətçiliklə bağlı bəyanatdır. Mən ora imza atmağa etiraz etmədim. Mənə deyilən bəyanata ən son imza atan da mən olmuşam. Söhbət dövlətçilikdən, Qarabağdan gedirsə, biz hamımız eyni mövqedə olmalıyıq. Amma sonra biləndə ki, bu bəyanatda digər məqamlar da var, mən onlara iradımı bildirdim…».

«VENESİYA KOMİSSİYASI İLƏ MÜZAKİRƏLƏR ZAMANI ZİDDİYYƏTLİ MƏQAMLAR ORTAYA ÇIXMADI»

Bunu «Yeni Azərbaycan» qəzetinə müsahibəsində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib:

«Biz Venesiya Komissiyası ilə «Siyasi partiyalar haqqında» qanun layihəsinin ilkin müzakirəsini keçirmişik. Biz Avropada nəyin təqdir və ya tənqid olunduğunu, nəyin qəbul olunduğunu və ya olunmadığını araşdırmışıq. Buna müvafiq olaraq qanun layihəsi formalaşdırmışıq...».

Əli Həsənov deyib ki, «Siyasi partiyalar haqqında» qanun layihəsi yaxınlarda parlamentə təqdim olunacaq:

«Qanun layihəsi parlamentdə qəbul edildikdən sonra Venesiya Komissiyasına rəy üçün göndəriləcək. Foto: Arxiv

Foto: Arxiv

Düşünürük ki, orada da heç bir ziddiyyətli məsələ olmayacaq».

«İNTERNET TARİFLƏRİNDƏ ŞOK ENDİRİMİN PƏRDƏARXASI»

«Yeni Müsavat» qəzeti yazır ki, paytaxtın əksər internet klublarında internetin qiyməti dəyişməyib:

«Oktyabrın 1-dən etibarən Azərbaycanda internet tarifləri endirilib… Ümumilikdə orta hesabla qiymətlərin 40 faiz düşəcəyi məlumatı verilir.

İnternet klubunun sahibi Elşən Həsənli isə deyir ki, hazırda internetdən bir saat istifadənin qiyməti 60 qəpikdir:

«Əvvəl də belə idi, indi də. Endirim etsəydilər, biz də endirərdik. Bizə deyiblər ki, sürət artırılıb. Belə olan halda necə endirim edək?».

Başqa bir internet klubunun rəhbəri «Venis» adlı şəxs isə bir saatlıq internet qiymətinin 80 qəpik olduğunu söylədi:

«Çünki bizim internet klubumuzda sürət 3000-5000 kbt/s arasındadır. Qiyməti endirsək, sürət azalacaq»…» .

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG