Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:46

ABŞ prezidenti Obama Avstraliyaya gəlib


ABŞ prezidenti Barak Obama Avstraliyaya gəlib. Səfərin məqsədi iki müttəfiq ölkə arasında strateji və iqtisadi əlaqələri yüksəltməkdir.

Gözlənir ki, Obama Avstraliyanın baş naziri Julia Gillardla görüşsün və noyabrın 17-də parlamentdə çıxış etsin.

Associated Press məlumat verir ki, Obamanın Avstraliyada ABŞ-ın hərbi iştirakının genişlənməsini bəyan etməsi gözlənir.

Avstraliya hərbisi ilə geniş əməkdaşlıq ABŞ-ın Çinin Sakit okean regionunda artan təsirinə qarşı fəaliyyət kimi izah edilir.

ABŞ rəsmiləri deyirlər ki, iki ölkə arasında hərbi əməkdaşlıq regionda təbii fəlakətlər zamanı baş verənlərə tez reaksiya göstərmək və terrorizmlə və piratlıqla mübarizə aparmaq məqsədi güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG