Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29
Ziyalılar Forumunun ölkədə islahatlara çağırması niyə birmənalı qarşılanmadı?

İslahata çağırmaq siyasətə qarışmaqdırmı?

Professor Rafiq Əliyevin işdən çıxarılmasına münasibətiniz necədir?

“Oxu zalı”nın Facebook səhifəsində keçirilən müzakirəyə yazarlar Rafiq Tağı, İradə Tuncay, Yusif Rzayev, Qurban Məmmədov, Güntay Gəncalp, Sayman Aruz, Ataxan Əbilov, CAVİDAN, Şəhriyar Hacızadə, Ceyhun Musaoğlu və başqaları qatılıblar.

Sehriyar Del Gerani Salam Feyziyyə.Ziyalı necəsə olmalıdı də axır ki...Mövzu qıtlığı olanda əvvəlcədən publikaya müraciət edin,icazə verin adamların maraq dairəsində söhbətlər getsin.Elə müzakirəyə qoşulacaq yazarları da camaat seçsin.Amma,məncə Ziyalı olmamalıdı..!

Jalal Aghayev men Azad Mirzacancazadeni gormesem de onun haqqinda

Rafiq Tağı: Sayman bəy, amma Məmmədəmin Rəsulzadə bir ziyalı olaraq faşizmlə barışmamalı idi. O, barışmaq nədir, Hitlerlə işbirliyinə can atırdı.

eshitmishem. universitetde tanidigim muellimler var idi ki Azad muellimin onun elmi rehberi olmasina gore fexr edirdiler.

Irade Tuncay Men Azad muellimi shexsen taniyirdim ---murekkeb ve ziddiyyetli insan idi.

Rafiq Tağı Ziyalının borcu hökumətə qeyri-peşəkar məsləhətlər verməkdən ibarət olmamalıdır. Ziyalı insanlara ədaləti təlqin etməli, xeyirlə şəri ayırd etmək vərdişləri aşılamalı, şəri intensivləşməyə qoymamalıdır. Onda problemlər avtomatik çözülər.

Yusif Rzayev Ziyali ifadesine ehtiyaci olan cemiyyet qusurludur, herenin oz pesesi var, ve onun ucun ziyali yukunu de ustune goturmek eleve yukdur.

Nurana Heybatova Yeni qısacası elinden geleni etmelidir.Meselen Sokratin düşüncesi bele idi ağılı olmayan xeyrxahlıq ede bilmez. Bezileri meselen gece gündüz çelışır vuruşu ele bilir ki cemiyyyetin xeyrine çalışır ama derinden düşünende görürsen ki bu dehşətli bir iş görür :)

Sayman Aruz ziyalının əs əsas göstəricisi onun bir tənqidçi kimi çıxış etməsidir. hər hansı bir tərifçini nə dərəcədə savadlı olmasından asılı olmayaraq ziyalı adlandırmaq olmaz.

Irade Tuncay Bizim burda ne danishmagimizdan asili olmayaraq hami oz ishindedi. Vicdan sohbetidi bu ,kimise qinamaqdansa umumilikde xalqi
maariflendirmek lazimdi. Umumi seviyye yukselmese her shey nece varsa ele de qalacaq.

Yusif Rzayev rafiq bey, ziyali deyilen sey yoxdur meselen kanadada, onlar ois yasayir? ne ziyali? here oz isin gormelidir, sadece, cemiyyet normal olsun.

Sadiq Elyer ama dogrudan bagishlayina! ziyali sozunle ziya ishig demekdi, yoxsa artiq? ciddi sorushuram! ((

Rafiq Tağı Sayman bəy, amma Məmmədəmin Rəsulzadə bir ziyalı olaraq faşizmlə barışmamalı idi. O, barışmaq nədir, Hitlerlə işbirliyinə can atırdı.

Guntay Gencalp Alman milləti ona görə Nitshe, Adornu, Haydeger yetişdirdi ki, Alman dilini Vatikanın metafizik terminlərindən xilas etdilər.

Cavidan Xalilova Salam! Bəlkə adam kimi, mərdi-mərdanə elə kasta sisteminə keçək birdəfəlik, hamı da öz yerini bilsin, rahat olsun..

Gurban Mammadov Forum iştirakçılarının hamısını salamlayıram. Gecəniz nurlu olsun! Bu qaranlıqda ziyalı tapmaq da müşkül məsələdir. Ziyalı haqqı deyəndir, düz danışandır, haqsızlığa üsyan edəndir, əsassız və təmənnalı tərifdən, mükafatdan imtina edəndir...

Ceyhun Musaoğlu Dostlar, hərə öz vəzifəsini peşəkarcasına həyata keçirsə, heç bir cəmiyyətdə problem qalmaz. Qaedaşım, yazıçısan, get yazını yaz. Mühəndissə, get detalını düzəlt, alimsən, get kəşfini elə. Bir akademik ki, Eurovisionun Azərbaycanda keçirilməsini ölkənin inkişafı hesab edir, deməli o, müğənnidi, akademik yox.

Tahir Abbasli Ziyalı sözününühakimiyyətlər icad ediblər...Bir növ özləriningüc struktoru kimi təqdim ediblər...Hakimiyyətdə olanlar Alimlərdən bəhrə aparaq siyasi hədəflərə çatmaq istəyiblər...Stalin belə siyasətlə çarıq Rusiyasını raket Rusiyasına çevirdi...

Ataxan Abilov Cemiyyet ziyali munasibetlerinde diqqet cəmiyyətin uzerinde olmalidir. Adi halda, munasibetlerin normal axarinda ziyalının cəmiyyətin diqqətində olması anormaldir. Əksinə cəmiyyət ziyalının diqqətində olmalıdır

Forumun TAM MƏTNİ burda

Forumun aparıcısı mən idim – Feyziyyə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG