Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

C.Ashton Dağlıq Qarabağ haqda deyir ki, tərəflər arasında etimadı artıran tədbirlərin təşkilinə ehtiyac yarana bilər


Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Catherine Ashton
Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan AB üçün enerji məsələləri baxımından çox mühüm bir tərəfdaşdır.

O bildirib ki, onun Azərbaycana və Cənubi Qafqaza səfəri təmsil etdiyi qurum üçün bu regionla əməkdaşlığın nə dərəcədə vacib olduğunun göstəricidir.

Ashton Dağlıq Qarabağ probleminin həlli barədə deyib ki, ATƏT-in Minsk qrupu ilə müqayisədə, AB-nin Dağlıq Qarabağ probleminin həllində rolu bir qədər fərqlidir: “Amma Avropa Birliyi Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Nazir Elmar Məmmədyarovla görüşdə Qarabağ probleminə də toxunduq. Ola bilər ki, müəyyən mərhələdə tərəflər arasında etimadı artıran tədbirlərin təşkil edilməsi lazım gələcək. Biz bugünkü görüşdə bunu da müzakirə etdik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG