Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Yazıçı ənənəyə meydan oxudu


Yazıçı Ahmad Mohammadyaar
Yazıçı Ahmad Mohammadyaar
«Dünyaya bir qız gəlib. Elə bir qız ki, səmadakı ay qədər gözəldir. Onun üçün dua edin. O baharda çiçək açan güldür. O evimizə işıq saçır. O bizə nağıllar aləmindən gələn mələkdir».

Yerli yazıçı Ahmad Mohammadyar qızı olması münasibəti ilə mərasim keçirir. Kənd ağsaqqalı üç dəfə «Amin deyin» deyir. Bu, təkcə mərasim deyil. Cənubi Əfqanıstanda kök salmış patriarxal ənənəyə meydan oxumaqdır.

Buralarda qız doğulanda şənlik keçirilmir. Əksinə, qızın doğulması ailə üçün utanc sayılır. Uşaqların doğulmasına görə Nashrah adlanan bu cür ənənəvi mərasimlər ancaq oğlanlar dünyaya gələndə keçirilir.

«GERİDƏ QALMIŞ CƏMİYYƏTLƏRDƏ QADINLAR HƏMİŞƏ AŞAĞI ZÜMRƏ SAYILIB»

Qızının doğulması münasibətilə poema yazmış Ahmad Mohammadyar bildirir ki, Əfqanıstanın çox yerində yalnız oğlanlar atalarından miras ala bilirlər:

«Təəssüf ki, bizim cəmiyyətdə hətta onları insan yerinə qoymurlar. Beynəlxalq ictimaiyyət və bizim bəzi liderlər qadın hüquqlarını təbliğ edir. Ancaq reallıqda onların bəziləri buna əməl etmirlər. Ən yaxşı nümunə odur ki, təhsil haqqında danışanlar qızlarının məktəbə getməsinə icazə vermirlər».

Ahmad Mohammadyar özünün Nashrah poeması ilə ölkəsindəki kişilərin dominant olması ənənəsini qırmaq istəyir.

Nashrah mərasiminin Əfqanıstanda tarixi isə 100 illər bundan əvvələ gedib çıxır. Hazırda isə bu mərasim ancaq Qəndəharda keçirilir. Mərasimdə ailə üzvləri, qonşular, dostlar iştirak edir. Tədbir ağsaqqalın din adamlarından, folklordan, ədəbiyyatdan sitatları ilə başlayır. Sonra yemək-içmək, musiqi, rəqslərlə davam edir.

Arxiv foto
Arxiv foto
Əfqanıstan kimi patriarxal cəmiyyətlərdə oğlanların doğulması üçün ailələrə ciddi sosial təzyiqlər olur. Bəzi hallarda bu ona gətirib çıxarır ki, oğlu olmayanlar öz qızlarından birini oğlan kimi geyindirir, saçlarını oğlan kimi kəsdirir. Onları bu yola vadar edən bir tərəfdən iqtisadi zərurət, digər tərəfdən sosial təzyiqdirsə, üçüncüsü, inancdır. İnanca görə, oğlu olmayan ailə qızlarından birinin saçını oğlan kimi vurdurub, ona oğlan paltarı geyindirsə, gec-tez ailədə oğlan doğulacaq.

Oğlan kimi təqdim olunan həmin qız oxuya, işləyə, bir yerə gedəndə ailənin qadın üzvlərini müşayiət edə bilər.

Ahmad Mohammadyar deyir ki, bütün bunlar çox vaxt savadsızlıqdan və qadınlara qarşı ayrı-seçkilikdən qaynaqlanır. Deyir ki, bu ənənələri dəyişmək cəmiyyətin təhsilli şəxslərindən asılıdır.

Ahmad Mohammadyar onu da deyir ki, «qız övladı sevgi mənbəyi və atanın ala biləcəyi ən şirin hədiyyədir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG