Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

İctimai Palata Bakıda etiraz aksiyasına cəhd etdi


Noyabrın 15-də İctimai Palatanın üzvləri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhdlər ediblər. Amma bu, uzun çəkməyib.

Onlar «Sərbəst toplaşmaq azadlığı bərpa edilsin!» və «Siyasi məhbuslara azadlıq!» şüarlarını səsləndiriblər.

Əsasən gənclərlərdən ibarət aksiya iştirakçıları metronun «İçərişəhər» stansiyasından icra hakimiyyətinə doğru yürüş ediblər. Bu zaman polis müdaxiləsi ilə üzləşiblər.

Başqa bir qrup isə Nizami Gəncəvinin heykəlinin qarşısından Bakı şəhər İcra Hakimiyyətinə qədər yürüş edib. Polis onların da qarşısını alıb.

AXCP Gənclər Komitəsinin üzvləri Dəyanət Babayev, Orxan Carçı, Elçin Həsənov, partiyanın şöbə sədrləri Məmməd İbrahimVaqif Xalıqov Səbail rayon Polis İdarəsində saxlanılıblar.

İP-nın aksiyasında saxlanılanların hamısı izahatları alınıb, xəbərdarlıq edilərək azadlığa buraxılıb. Bunu AzadlpıqRadiosuna AXCP sədrinin müavini Faiq Əmirov deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG