Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Polis “Wall Streeti tutaq” aksiyası iştirakçılarının çadırlarını sökdü


Nyu York polisi “Wall Streeti tutaq” aksiyası iştirakçılarını şəhər meydanından çıxarır.

Nyu Yorkun Zucotti Parkı maliyyə sisteminə qarşı sentyabrdan başlanan etirazların mərkəzinə çevrilmişdi.

Şəhər rəhbərliyi bildirib ki, çadırlar qurulan meydan antisanitariya yuvasına çevrilib və meydan təmizlənməlidir.
Polis bildirib ki, bu, müvəqəqti aksiyadır və məqsəd təmizlik yaratmaqdır.

Polis gecə yarısı meydanı əhatəyə alıb, çadırlar sökülüb, səhərə yaxın park tamamilə təmizlənib.

Etirazçıların çoxu polisin meydanı tərk etmək əmrinə tabe olub, bəzilərini isə polisin yük maşınlarında aparırlar.
XS
SM
MD
LG