Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

Lütfi Zadə: "Rafiq Əliyevin işdən çıxarılması iqtidarı tənqid etməsiylə bağlıdır"


Tanınmış amerikalı riyaziyyatçı,qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, Kaliforniya Universitetinin professoru Lütfi Zadə noyabrın 9-da Azərbaycan Neft Akademiyasının rektoruna məktub yazıb. “Mən professor Rafiq Əliyevin işdən çıxarıldığını eşitdikdən dərhal sonra bu məktubu yazdım”,- o, Turan-ın Vaşinqton müxbiri ilə söhbətində deyib.

Turan-ın müxbirinə verilən məktubda deyilir: “Mən eşitdim ki, professor Rafiq ƏIiyev sizin universitetin kafedra rəhbəri vəzifəsindən azad edilib. Buna inanmaq çətindir.

Professor Əliyev dünya miqyaslı alimdir. Qeyri-müəyyənlik şəraitində qərarların qəbulu ilə bağlı onun son işləri Tverski və Kanemanın iqtisadiyyat üzrə Nobel mükafatı aldıqları perspektiv nəzəriyyəsinin çərçivəsindən uzağa çıxır.

Mən gözləyirəm ki, professor Əliyevin işi gələcəkdə Nobel mükafatına irəli sürüləcək”, - məktubda vurğulanır.

Sonra məktubda deyilir: “Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması insan haqları ilə bağlı hakimiyyəti tənqid etməsi ilə əlaqədardır. Mən tez-tez müxtəlif texniki problemlərlə əlaqədar Əliyevlə telefonla danışıram. Diskussiyalar zamanı insan haqları məsələsinə heç vaxt toxunulmayıb”.

“Hesab edirəm ki, o, büsbütün elmlə məşğuldur. Ümidvaram ki, o, öz vəzifəsinə bərpa olunacaq və Azərbaycanda elmin inkişafına yardımını davam etdirəcək.

Prezident İlham Əliyevin və mənim hörmətli dostum, nazir Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanı işıqlı gələcək gözləyir”, - məktubda qeyd olunur.

Eyni zamanda Turan-ın suallarını cavablandıran professor Azərbaycan rəhbərliyindəki yüksək vəzifəli dostlarına açıq-aydın siqnal verməkdən çəkinib.

Həmçinin o deyib: “Professor Əliyevin baxışlarından asılı olmayaraq, onun qəlbi Azərbaycanladır. Mənim üçün o, valeh olduğum bir şəxsdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG