Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51
«ƏSLİNDƏ ONLAR RAFİQ ƏLİYEVƏ XİDMƏT EDİRLƏR»

Şair Vaqif Bayatlı Ödər «Bizim Yol» qəzetinə müsahibəsində belə deyib:

«Mən Rafiq Əliyevi çox yaxşı tanıyıram. Dəyərli insandır, hazırda yeganə alimimizdir ki, Nobel mükafatı ala bilər. Məntiqlə belə bir alimi qaldırmalı, təbliğ etməliyik. Amma indi onu bu şəkildə vurmaqla məşğuldurlar. Əslində onlar Rafiq Əliyevə xidmət edirlər. Düşünürəm ki, onların bu səyləri nəticəsində Rafiq Əliyev Nobel mükafatı ala biləcək. Qalan ziyalılara da münasibət eynidir. Sadəcə indi Rafiq Əliyev məsələsi üzdədir…».

«Azərbaycan» qəzetinə müsahibə verən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bunları deyib:

«Rafiq Əliyevin Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarılmasına siyasi don geydirmək cəhdi də əbəsdir. Bu insan barədə belə yersiz canfəşanlıq etmək, onun vəzifədən çıxarılması barədə ali təhsil müəssisəsinin qərarında siyasi məna axtarmaq çirkin və qərəzli niyyətlərdən xəbər verir. Azərbaycanın ali təhsil müəssisələrində yüzlərlə kafedra fəaliyyət göstərir. İndiyədək hansı kafedranın müdiri dəyişəndə və ya vəzifədən azad ediləndə belə şişirdilib və yaxud faciə kimi qələmə verilib?..».

«NECƏ DƏ AZƏRBAYCANA OXŞAYIR TUNİS?!»

Bin Əli

Bin Əli

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev «Azadlıq» qəzetindəki yazısında belə deyir. O, iki ölkə arasında paralellər ​aparır:

«Tunisdə 2002-ci ildə ümumxalq «referendumu» ilə prezidentə üçüncü dəfədən artıq seçkilərə qatılmağı qadağan edən maddə götürülür - Azərbaycandakı 2009-cu il 17 mart «referendumu» sayaq. 2009-cu ildə Tunisdə keçirilmiş axırıncı prezident seçkilərində isə Bin Əli diktatorlar üçün «ənənəvi» olan 90 faizlə «qalib gəlib», 5-ci dəfə təkrarən prezident elan olunur.

Bin Əlinin bu 5 dəfəlik prezidentliyi dövründə Tunisdə korrupsiya və rüşvət ilbəil artan templə gedir, özünün və arvadı Leylanın çoxsaylı qohum-əqrəbası isə biznes sahələrinin əksəriyyətinin ya sahibinə, ya da payçısına çevrilirlər. İnsan Haqları Fonduna rəhbərlik edən Leyla xəstələrə əl tutur, xərçəng xəstəliyindən müalicə üçün vəsait ayırır, bir sıra ərəb ölkələri ilə yanaşı, Fransa da Leyla Əlini ordenlə mükafatlandırır...».

Eks-spiker Azərbaycanla Tunisin fərqindən də yazır. Onun qənaətincə, bir çox sahələrdə Tunis Azərbaycandan irəlidədir. Lap elə korrupsiya məsələsində də: «Tunis korrupsiya və rüşvət reytinqinə görə 140-cı yeri tutan Azərbaycandan xeyli geridədir - 61-ci yerdəki İtaliya və 56-cı yerdəki Türkiyənin arasında - 59-cu sıradadır. Başqa sözlə, vəziyyət bizim ölkədəkindən düz 3 dəfə Foto: Arxiv

Foto: Arxiv

yaxşıdır».

«ZƏNGLƏRƏ GÖRƏ CAVAB VERƏCƏKSƏN»

«Zerkalo» qəzeti anonim zənglər haqda reportaj hazırlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov qəzetə deyib ki, vətəndaşı gizli nömrələrdən zəng vurub narahat edirlərsə, polisə müraciət etməlidir:

«Zəng edənin kimliyi müəyyənləşdirilir və bu haqda sonradan şikayətçiyə məlumat verilir. Ona məktub göndərilir ki, zəng vuran tapılıb, xəbərdarlıq edilib və o da söz verib ki, bir də anonim zənglərlə başqalarını narahat etməsin».

Ehsan Zahidov bunu da deyib ki, anonim zəng vuranla ayrıca söhbət aparılır. Amma münaqişələrdən qaçmaq məqsədilə onun kimliyi haqda şikayətçiyə məlumat verilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG