Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:01

Gəncənin filarmoniyasız günləri...(VİDEO)


Gəncə filarmoniyası
Gözlə
Embed

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid
Uzun illərdir ki, Gəncənin mədəni həyatı sönük keçir. Kinoteatrlar istismara yararlı deyil. Teatrlarda barmaqla sayılacaq tamaşalar göstərilir. Filarmoniya binası isə qəzalı vəziyyətə düşdüyündən, illərdir ki, dinləyicilərinə bağlı qalıb.

BAĞLI QAPI ARXASINDA...

Bir mədəniyyət işçisi xahişimizi nəzərə alıb, filarmoniya binasının illərdir tamaşaçılara açılmayan qapısının qıfılını açır. Qapının cırıltısı içəridə yuva qurmuş sığırçınları ürküdür, onlar böyük zalın tavanında o tərəf, bu tərəfə uçuşurlar. Səhnə pərdələri cırılıb sallanır, pəncərələr toz içindədir, vaxtilə səhnəni işıqlandırmaq üçün nəzərdə tutulmuş texniki əşyalar da sınıb, xarab olub . Yüzlərlə qırıq, sökük oturacağın yerləşdiyi döşəməyə ayaq basdıqca taxtalar çökür. Böyük zaldakı səssizlik, qulaqlarda uğultuya çevrilib sanki bir hüzndən xəbər verir. Halbuki, şəhər sakinlərinin bu səhnə ilə bağlı parlaq xatirələri var:

«MÜŞƏRRƏF AKAY GƏNCƏLİLƏRİ SEVİNDİRMİŞDİ»

26 yaşlı Anar Rüstəmli:

«Sovetlər Birliyi dönəmində, 1987-ci ildə o vaxtların tanınmış sənətçisi Müşərrəf Akay gəncəliləri gözəl bir konsert proqramı ilə sevindirmişdi. İstəyirəm ki, filarmoniya işini bərpa etsin».

42 yaşlı müəllim Rövşən Əsədov:

«Mən filarmoniyada heç olmamışam. Amma Gəncədə olsa, yaxşı olardı».

Başqa bir şəhər sakini:

«Dünya təcrübəsinə nəzər salsaq görərik ki, dünyanın böyük şəhərlərindəki ən gözəl tikililərdən biri də filarmoniya binalarıdır. Mən istəyərdim ki, Azərbaycanın 2-ci böyük şəhərində - Gəncədə də gözəl filarmoniya binası olsun. Həm şəhərimizin mədəniyyət ustaları, həm də mədəniyyətimiz öz təbliğini tapsın».

Qapının cırıltısı içəridə yuva qurmuş sığırçınları ürküdür
Qapının cırıltısı içəridə yuva qurmuş sığırçınları ürküdür
«GƏNCƏDƏ FİLARMONİYANIN OLMAMASI BİABIRÇILIQDIR»

Daha bir sakin:

«Əvvəllər şəhərdə filarmoniya olub. Sonralar qəza vəziyyəti ucbatından fəaliyyəti dayandı. Respublikanın 2-ci böyük şəhəri olan Gəncədə filarmoniyanın olmaması biabırçılıqdır. Mən istəyirəm ki, uşaqları konsertə aparım, mədəni tədbirlərə aparım. Amma filarmoniya yoxdur».

80-ci illərin əvvəllərində tikilmiş binanın qəzalı vəziyyətə düşməsinə səbəb onun Gəncə çayı hövzəsində yerləşməsidir. Bu barədə Gəncə şəhərinin baş memar əvəzi Əli Rüstəmli danışır:

«SU YUYUB APARIB...»

«O, əvvəllər tikilib, çayın hövzəsində yaxşı konstruksiya aparılmayıb, su yuyub aparıb, uçmaq təhlükəsindədir. Filarmoniya elə yerdə tikilməlidir ki, müasir arxitekturanın tələblərinə cavab versin, əhalinin gur yerində olsun. Dövr var idi ki, orada yerləşdirmişdilər. Çox dar yerə uyğunlaşdırılmış bina idi».

«BAKI» KİNOTEATRININ YERİNDƏ...

Bununla belə Əli Rüstəmli gəncəlilərə şad xəbər verir. Deyir ki, yaxın günlərdə yeni filarmoniya binasının tikintisinə start veriləcək. Artıq yeni binanın yeri də, layihəsi də hazırdır. Filarmoniya əvvəllər Gəncədə «Bakı» kinoteatrı kimi fəaliyyət göstərən, 80-ci illərin sonunda yanaraq istismara yararsız hala düşən binanın yerində
Yüzlərlə qırıq, sökük oturacağın yerləşdiyi döşəməyə ayaq basdıqca taxtalar çökür
Yüzlərlə qırıq, sökük oturacağın yerləşdiyi döşəməyə ayaq basdıqca taxtalar çökür
tikiləcək:

«O layihə icra başçısının stolunun üstündədir. Onun tikiləcəyi yerdə köhnə bina var, yuxarıdan sərəncam verilib, o da söküləcək. Yeri dardır. Kompleks kimi, böyük tikili olacaq».

Əli Rüstəmli danışır ki, layihədə filarmoniyanın 3000-5000 arası tamaşaçı tutumuna malik olması nəzərdə tutulub. Tam müasir tələblərə cavab verəcək binada ayrıca qrim və məşq otaqları da tikiləcək. Bina müasir texnika ilə də təchiz ediləcək. Hər halda baş memar belə deyir.

YENİ FİLARMONİYANIN TİKİNTİSİNƏ 26 MİLYON MANAT VƏSAİT AYRILIB...

Gəncə şəhər Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev isə deyir ki, yeni filarmoniya binası inşa ediləndən sonra ora yeni işçilərin qəbulu da planlaşdırılır.

Gəncə şəhər İcra Hakimiyyətində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Elgün Məmmədovdan aldığımız məlumata görə isə, yeni filarmoniya binasının tikilməsinə 26 milyon manat ayrılıb.
XS
SM
MD
LG