Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

ABŞ növbəti dəfə Suriya prezidentini istefaya çağırıb


ABŞ növbəti dəfə Suriya prezidenti Bashar Assadi istefaya çağırıb. Ağ Evin açıqlamasında bildirilir ki, Bashar Assad getdikcə daha çox təcrid olunur və legitimliyini itirib.

Ağ Evin sözçüsü Josh Earnest bunları deyib: “Assad rejiminin təcridi davam edir. Ona siyasi təzyiqlər artır. Bu məsələdə Obama administrasiyasının mövqeyi aydındır - prezident Assad legitimliyini itirib və getməlidir. Assad rejimi dinc nümayişçilərə qarşı zorakılığı dərhal dayandırmalıdır”.

Ağ Evin açıqlamasından bir gün əvvəl ərəb dövlətləri liderləri arasında ilk olaraq İordaniya kralı Abdullah Bashar Assadi istefaya çağırıb.

Dünən Avropa Birliyi Suriyanın daha 18 rəsmi şəxsinin adını hesabları dondurulan və səyahət qadağası qoyulan şəxslər siyahısına daxil edib. Bununla da həmin şəxslərin sayı 74-ə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG