Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:02

ABŞ Cənubi Osetiyada keçirilmiş seçkini tanımır


ABŞ bazar günü Cənubi Osetiyada keçirilmiş prezident seçkisinin legitimliyini tanımır. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü müdafiə edir.

Gürcüstan seçkini qanunsuz adlandırıb. Rusiyadan olan müşahidəçilər isə seçkinin şəffaf və azad keçdiyini bildiriblər.

Özünü müstəqil elan etmiş Cənubi Osetiyada prezident seçkisinin ikinci turu noyabrın 27-də keçiriləcək. Seçkidə əsas mübarizə Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin rəisi Anatoly Bibilovla keçmiş təhsil naziri Alla Dzhioyeva arasında gedir. Onlar ilk turda səslərin 25 faizini qazanıblar.
XS
SM
MD
LG