Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51
Türkiyənin Dənizli şəhərində "Şeir Oteli" açılıb. Oteldəki otaqlar Türkiyənin ünlü şairlərinin yaradıcılığına həsr edilib.

Ümumilikdə otaqları 72 ünlü şairin qələmindən çıxmış ən gözəl şeirlər, eləcə də onların şəkilləri, büstləri bəzəyir.

İlk dəfədir ki, Türkiyədə məxsusi olaraq poeziya ilə əlaqələndirilmiş otel açılıb.

Oteli poeziya həvəskarı olan biznesmen Esat Bozbıyık və şair Ataol Bəhramoğlu açıblar. "Mən qəlbi olan bir otel açmaq istəyirdim" - deyə Bozbıyık açılış mərasimində bildirib.

Otelin foyesində şeir dinləmək üçün kreslolar da var.

Buradakı kitabxanadan da istifadə etmək olar. Kitab oxumaqla yanaşı kitabxanadakı "Şeir dəftəri"nə qonaqlar öz şeirlərini də yaza bilərlər.

Oteldə müxtəlif tədbirlər üçün toplant salonu, eləcə də rahatlanmaq, yorğunluğu çıxarmaq üçün sauna da var.

Otel otaqlarının məxsusi olaraq həsr edildiyi şairlər arasında Nazim Hikmət, Mehmet Akif Ersoy da var. Oteli Mehmet Selçukun şeirlərdən ilham alaraq çəkdiyi rəsmlər bəzəyir.

Otelin saytında "Hər şey şeir eşqi ilə başlandı" - deyilir. Məqsəd "şeir eşqi, məmləkət eşqi, insan eşqi, yar eşqi ilə yaşayan insanları bu otelə toplamaqdır".

Saytda qeyd edilir ki, qonaqlar burda həm xəyalən - türk şeirinin usta isimlərinin yaşadıqları dövrə gedəcək, həm otelin rahat otaqlarında dincələ biləcək, həm də otaqlardakı yazı masalarında rahat işləyə biləcəklər. Oteldə İnternet də var. İstənilərsə, otaqlara gündəlik qəzetlər də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG