Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:29

Gürcüstan Cənubi Osetiyadakı seçkini qanunsuz sayır


Gürcüstan bazar günü Cənubi Osetiyada keçirilmiş prezident seçkisini qanunsuz adlandırıb. Rusiyadan olan müşahidəçilər isə seçkinin şəffaf və azad keçdiyini bildiriblər.

Özünü müstəqil elan etmiş Cənubi Osetiyada prezident seçkisinin ikinci turu noyabrın 27-də keçiriləcək. Seçkidə əsas mübarizə Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin rəisi Anatoly Bibilovla keçmiş təhsil naziri Alla Dzhioyeva arasında gedir. Onlar ilk turda səslərin 25 faizini qazanıblar.

Gürcüstan Cənubi Osetiyanı öz ərazisi sayır.
XS
SM
MD
LG