Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:39

“Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından daha 4 kitab


“Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından daha 4 kitab işıq üzü gördü:

"Bakı kitab klubu"ndan oxuzalı.az-a verilən məlumata görə, Nobel mükafatlı hind yazarı Rabindranat Taqorun "Seçilmiş əsərləri"nə onun "Ev və dünya", "Fəlakət" romanları, eləcə də mənsur şeirləri, hekayələri daxildir.

Alman yazıçısı Lion Feyxtvangerin "Seçilmiş əsərləri" onun "Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölümsüzlüyü", "Lautenzak qardaşları" romanlarından, həmçinin hekayələrindən ibarətdir.

Rus əsilli ABŞ yazıçısı Vladimir Nabokovun "Seçilmiş əsərləri"ndə onun "Lujinin müdafiəsi", "Obskur kamerası", "Maşenka" romanları yer alıb.

Nobel mükafatlı Britaniya yazıçısı Uilyam Qoldinqin "Seçilmiş əsərləri"nə isə onun Nobel nitqi və "Milçəklər kralı", "Varislər" romanları daxildir.

“Dünya Ədəbiyyatı Kitabxanası” seriyası 150 kitabdan ibarətdir. Bu seriyaya daxil olan 56 kitab artıq çapdan çıxıb. Abunə yazılışı davam edir.

Bir qədər əvvəl Mopassan və Götenin də əsərləri sözügedən seriyada çap edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG