Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:13

Moskvada süfrələri bəzəyən Gəncə-Şəmkir istixanaları...


Nazim Orucov
Nazim Orucov
Gəncə-Şəmkir yolunun hər iki tərəfində ağ sellofanla örtünmüş istixanalar salınıb. Rəsmilərin deməsinə görə, son iki ildə bu ərazidə salınan istixanaların sayı 4 mini, sahəsi isə 500 hektarı keçib. Burada qışın soyuğunda belə bitkilər yamyaşıl, meyvələr təravətli qalır. Sahibkar Nazim Orucov bizə deyir ki, istixanada yetişdirilən meyvənin xüsusiyyətindən asılı olaraq ilin bütün fəslində temperatur 16-20 dərəcə arası olmalıdır. Hazırda Nazim Orucov sahəsində xiyar və pomidor yetişdirir:

«YAXŞI BAXSAN, YAXŞI MƏHSUL ƏLDƏ ETMƏK OLUR»

«Yaxşı baxsan, yaxşı məhsul əldə etmək olur. Gərək elə edəsən ki, alaq boğmasın. Suyunu, dərmanını vaxtlı-vaxtında verəsən».

Cərgə ilə düzülmüş istixanalar müxtəlif sahibkarlara məxsusdur. Digər sahibkar Natiq Adilov da deyir ki, istixanada məhsul yetişdirməyin öz sirləri var:

«Yazda da əkirik, qışda da, payızda da. Fərq odur ki, istilik almaq lazımdır qışda. Hər üçündə də məhsul almaq olur, qulluğu düz etsən. Dərmanını düz vermək lazımdır».

İstixana sahibləri danışırlar ki, bu, gəlirli iş olsa da, zəhməti də çoxdur, xərci də. İstiliyi mazut yandırmaqla əldə edən sahibkarlar bunun üçün xeyli xərc çəkməli olduqlarından gileylənirlər:

İSTİXANALARIN ÇƏTİNLİKLƏRİ...

«Hələ qazımız çəkilməyib, mazut veriləsidir. Qazı gözləyirik. İşıqla çatdırmaq, isitmək olmaz. Baha başa gələr. Amma suyumuz var, yaxşıdır. Yazda şumallı xiyar olur, payızda turşuluqdur. Bu da kolonkadır, ya mazut, ya da qaz üçün forsunka yerləşdiriləcək. Qazanxana sistemidir, qızdırıcılarda su dövr edir, içəridə su qızır».

Sahibkarlar deyir ki, dövlət onlara bəzi güzəştlər də edir. Hər ton mazut üçün onlara 88 manat pul verilir. Mazutun 1 tonu bundan yüksək olsa da, hər halda bunu özləri üçün qazanc hesab
Hər ton mazut üçün 88 manat verilir
Hər ton mazut üçün 88 manat verilir
edirlər:

«88 manat dövlət qiymətidir. Hektar başına 150 ton mazut gedir. Elə bil, haradasa 80 tonun pulu verilir. Əlimizə bax, mazutdur, qaz olsa, daha yaxşıdır. Forsunkadır, mazut dolur təmizləyirik. Qaz təmiz işdir».

Şəmkirdə istixanası olan əksər sahibkarlar dedilər ki, məhsulu xarici bazarlara satırlar. Müsahibə alan vaxt sahibkar Natiq Adilovun istixanasının yanında Moskva bazarlarında satmaq üçün böyük maşınlara məhsul yüklənirdi. Natiq Adilovun istixanasında 24 işçi çalışır. Sahibkarlar deyirlər ki, bu il xüsusən xiyarın qiymətində xeyli artım var və məhsuldan çox gəlir götürəcəklərinə ümid edirlər:

MOSKVA BAZARLARINA...

«Gəlib elə burdan aparırlar da Moskvaya satmağa. Burada xüsusi adamlar var ki, onlar o işlə məşğuldurlar, Moskvaya mal vururlar. Hal-hazırda qiymət qalxıb, yaxşıdır. Kimin istixanası var, qazanc götürür. Bu dəqiqə qiyməti 1 manat 30 qəpik, əvvəl isə 30 qəpik idi. Onda bostanda da məhsul olurdu, Moskvada da. İndi soyuq aparıb. Bostanlar da dayanıb, indi xiyar qiymətə minib».

65 yaşlı Nailə Ağayeva:

«64 sot «parnik»imiz var. Yayda əkdiyimizi Bakıya, qışda əkdiyimizi Moskvaya yollayırıq».

Başqa sahibkar:

«Pulun olsun, işini gör. Azərbaycanda satılmır. Tələbat azdır, əkən çoxdur.

- Siz hara satırsınız?

Moskva bazarlarında satmaq üçün məhsul yüklənir
Moskva bazarlarında satmaq üçün məhsul yüklənir
- Moskvaya, Leninqrada ( Sankt Peterburq)... 1 manatdır, 1 manat 20 qəpikdir. Əvvəllər 20 qəpik olan günü də olub».

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Sosial iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev deyir ki, istixana rayonun ən inkişaf etmiş iqtisadi sahəsi hesab edilir. Onun deməsinə görə, sahibkarların işini asanlaşdırmaq üçün istixanalara qaz çəkilməsi ilə bağlı təkliflər hazırlayıblar. Hələlik isə qaz xəttinə yaxın olan cəmi 26 istixana qazla təmin olunub:

«DÖVLƏT TƏRƏFİNDƏN YANACAQLA TƏMİN EDİLİRLƏR»

«Kimdəki istixana sistemi var, onlar dövlət tərəfindən yanacaqla təmin edilirlər. Gəncə və Qazaxdakı neft bazalarından onlar yanacaq alırlar, sərbəst şəkildə. Siyahını biz təqdim edib vermişik. Məhsuldarlıq yaxşıdır. İstixanalarda hər hektardan təxminən 80-85 ton məhsul alınır. Yanacaq sərfi isə hər hektara 6 tondur. Qazla bağlı neft şirkəti qarşısında məsələ qaldırmışıq. Qaz xəttinə yaxın olanlara qaz çəkilməsi nəzərdə tutulub. Qaz daha sərfəlidir, qənaətlidir».

Sabir Quliyev də deyir ki, istixanaların məhsulu əsasən xarici bazarlara çıxarılır. O deyir ki, sahibkarlar bu işdən yaxşı mənfəət əldə edirlər.
XS
SM
MD
LG