Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:15
Rəsmi dövlət qəzeti olan «Azərbaycan» qəzeti professor Rafiq Əliyevin Azərbaycan Neft Akademiyasının kafedra müdirliyindən uzaqlaşması ilə bağlı bağlı məqalə dərc edib. Məqaləni ixtisarlar oxuculara təqdim edirik:

«ÇİRKİN VƏ QƏRƏZLİ AKSİYA»

Son günlər professor Rafiq Əliyevin ADNA-nın kafedra müdirliyindən uzaqlaşması ilə bağlı müzakirələr də süni ajiotaj xarakteri alıb. Rafiq müəllim Azərbaycanın tanınmış alimlərindəndir, elmi fəaliyyəti mövcud iqtidar tərəfindən daim rəğbətlə qarşılanıb. Ona etimad göstərilib, dövlətin təşəbbüsü ilə həyata keçən bir çox təhsil layihələrində aparıcı şəxs olub. Onun barəsində qəbul olunan qərarı ali təhsil müəssisəsi daxilindəki proseslər kontekstindən çıxararaq, ümummilli siyasi problemə çevirmək cəhdi bayağı olduğu qədər də çirkin və qərəzli aksiyadır.
Bəli, Rafiq Əliyevi mövcud iqtidarın təəssübkeşi saymaq olmaz. Amma buna görə onu işdən xaric etmək barədə söylənən rəy olduqca gülünc görünür. Azərbaycan demokratik ölkədir, insan hüquqlarının bütün istiqamətləri, o cümlədən fikir plüralizmi də ölkəmizdə tam gücü ilə qorunur! Digər tərəfdən, ali məktəblərdə bu iqtidarın siyasi fəaliyyətini dəstəkləməyən və müxalifət partiyalarının üzvü olan onlarla kafedra müdiri, dekan, professor var. Onlara qarşı belə münasibət yoxdursa və müxalifətçi alimlər bu barədə indiyədək şikayətlənməyiblərsə, deməli, elm xadimlərinin siyasi mövqelərinə görə sıxışdırılması barədə söylənilənlər də yalandır, cəfəng və təsdiqini tapmayan ehtimaldır!
Ortada ADNA rəhbərliyinin rəyi də var. Onlar bildirirlər ki, professor Rafiq Əliyev ali məktəbin nüfuzlu müəllimlərindəndir, daim ona hörmət, hətta güzəşt ediblər, amma kafedra müdiri vəzifəsini daşıyan şəxsin hüquqi öhdəlikləri var: iş yerində mütəmadi olmaq və iş prosesinə birbaşa rəhbərlik etmək. Bu məsələdə istisna olmaz. Akademiya rəhbərliyi bəyan edir ki, indiyədək Rafiq müəllimə dəfələrlə güzəşt ediblər, amma nəticədə kafedranın işi iflic vəziyyətinə düşüb, tədris prosesi ciddi ziyan görüb, müəllim kollektivi arasında qeyri-səmimi mühit formalaşıb.
«BUNLAR AKADEMİYA RƏHBƏRLİYİNİN RƏYİDİR, AMMA ETİRAF EDƏK Kİ, HAQLI İRADDIR!»

Azərbaycanda indi 1993-cü il deyil ki, prezidentdən, nazirlərdən, icra başçılarından tutmuş kafedra müdirlərinə qədər yüzlərlə insan vəzifələrini dondursunlar və hesab etsinlər ki, «dona» baxmayaraq işlər yağ kimi gedəcək. Rəhbər - harada işləməsindən asılı olmayaraq - kollektivə birbaşa rəhbərlik etməlidir! ADNA-dan onu da bildirirlər ki, R.Əliyev akademiyanın müəllimi, professoru olaraq qalır, hətta mühüm bir proqram-layihədə rəhbərliyini davam etdirəcək! Nə isə, bu mövzuda geniş müzakirə açmağa ehtiyac yoxdur. Çünki, ən azından Rafiq Əliyev hüquqlarının pozulduğunu iddia edirsə, məhkəməyə müraciət etmək haqqına sahibdir!
Amma Rafiq Əliyevin belə iddiası da yoxdur. O, bu məsələyə heç reaksiya da verməyib. Amma əvəzində «inqilaba», «çevrilişə» zəmin hazırlamaq üçün milyonları alıb amma buna bəhanə tapmayıb, indi baş sındıranlar ortaya düşüblər. Tunisdə göyərti satanın özünü yandırması oradakı qaragüruha necə təsir edibsə, bizimkilər də professorla bağlı məsələni belə həyəcan və ehtirasla dəyərləndirirlər.

***

Rafiq Əliyevə işdən çıxarılması ilə bağlı əmr noyabrın 4-ü Ziyalılar Forumunda iştirakından əvvəl təqdim edilib. Əmri kadrlar şöbəsinin müdiri çatdırıb.
Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri idi.
Noyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində «Milli Birliyin şərtləri və yolları» mövzusunda keçirilən foruma sədrliyi akademik Rafiq Əliyev edib. Həmin forumda tanınmış ziyalılar ölkədəki ictimai –siyasi vəziyyəti tənqid ediblər.
Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG