Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

«Bütün Amerika müsəlmanları» realiti şousu


Amerikada yaşayan müsəlman qadın
Amerikada yaşayan müsəlman qadın
TLC kanalında Amerikadakı müsəlman ailələri barədə hər bazar realiti şousu yayımlanır. Proqramda Miçiqan ştatında yaşayan ərəb-amerikan icmasının təmsilçilərinin gündəlik həyatı əks olunur.

Bu, yəqin ki, 11 sentyabr hadisələri sonrası qorxu və şübhə atmosferinin davam etməsinə görə hazırlanıb.

«Bütün Amerika müsəlmanları» proqramına baxan istənilən ağıllı və duyğulu adam bunu başa düşəcək: bu zəhmətkeş, ailəsinə bağlı miçiqanlıların İsrail barədə siyasi baxış və hisslərindən asılı olmayaraq respublika üçün hər hansı təhlükə mənbəyi olacağı fikrinə düşmək axmaqlıq olardı.

«Bütün Amerika müsəlmanları» iştirakçıların ən yaxşı davranışlarını göstərərək, maarifləndirici məqama elə fokuslanıb ki, əyləndirmək funkisiyasından xeyli uzaqlaşıb.

Bu məqsəd özünü onda büruzə verir ki, proqramın 4-5 əsas xarakteri kamera qarşısındakı divanda oturub qarışıq nikahlar və ya hicab mövzusunda incə məsələlərə dair öz fikirlərini bildirirlər. Xüsusi mühazirədə və ya elmi konfransdakı olduğu kimi.

O da nəzərəçarpandır ki, müxtəliflik və diskriminasiya barədə zəngin müzakirələr aparılan ilk 2 seriya ərzində müharibə, siyasət və terrorizm barədə tamamilə heç nə yoxdur. Və tamaşaçıda sual yaranır ki, görəsən, bu, gerçəkliyi əks etdirir, yoxsa baş vermə ehtimalı olan mübahisələri azaltmaq üçün veriliş müəlliflərinin göstərişidir?

Amma demək olmaz ki, burada kimisə dilxor edən və ya etirazına səbəb olan məqamlar yoxdur.

Məsələn, müsəlman qadının irlandiyalı katoliklə (sonradan dinini İslama dəyişir) evliliyi, yerli orta məktəbin futbol komandasında oruc tutmağın effektləri, hicabın vacibliyi barədə müzakirələr bəzi insanlarda İslama mənfi münasibət yaradan məqamlardandır.

«MƏNİM SÖZÜMƏ BAXACAQSAN?»

Samira Amen-Fawazın iştirak etdiyi səhnələrə xüsusilə qarışıq reaksiyalar gəlməkdədir. O, hamiləlik dövrünə və körpə uşağına görə bir neçə il ərzində hicab taxa bilməyib və yenidən hicaba qayıtmağı düşünür. O deyir ki, allah ona işarələr göndərir və deyir: «Sən nə zaman ayılacaqsan və mənim sözümə baxacaqsan?»

Arxiv foto
Arxiv foto
Tamaşaçılarda xüsusi narazılıq doğuracaq səhnələrdən biri atasının Samira ilə birlikdə dünyaya uşaq gətirmə seçimləri ilə bağlı din xadimindən məsləhət almasıdır. Din xadimi ərin spermindən başqa hər hansı prosedura ilə uşağa sahib olma metodlarına qarşı çıxır və bir qədər də emosional şantaj nümayiş etdirir: «Əgər sən hicab taxsan, Tanrıdan sənə daha çox nemət gələcək. Tanrıdan daha çox nemət gəlməsi o deməkdir ki, o sənə həyatda çoxlu yaxşı şeylər verəcək».

Şouda digər iki diqqətçəkən şəxs Suehaila Amen və Nawal Aoudedir – onların buraya təsadüfi, yoxsa bilərəkdən seçildiyi bilinmir. Bu cazibədar, ağıllı və bacarıqlı gənc qadınlar hicab geyinməyi üstün tutublar. Şounu izləyən qeyri-müsəlman tamaşaçı üçün anlaşılmaz qalır ki, bu qadınlar öz açıq düşüncələrini, müstəqilliyini ata, qardaş və ərlərinin nümayiş etdirdiyi patriarxal təkəbbür ilə necə uyğunlaşdıra bilirlər.

Samira hicaba qayıtma qərarı ilə valideynlərinə sürpriz edərkən «Bütün Amerika müsəlmanları»nda bir qədər münaqişə yaranır. O anda atasının gözləri işıq saçır və deyir: «Bax indi mən öz qızıma baxanda əsl müsəlman qadını görürəm». Bacısı Suehaila isə amiranə tərzdə bildirir ki, Samiranın seçimi «bizim üçün çox gözəl bir şeydir».

Bu arada onların individualist, qırmızı boyanmış saçlarını örtməyən, qeyri-müsəlman biri ilə nişanlı olan bacıları Shaida çox hüznlü görünür ki, Samira ailənin sevinci üçün bu addımı atıb. «Bilirsiniz, bu, bir yarışma deyil», Shadia deyir.

Sayta hazırladı: Durna Səfərli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG