Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Səudiyyə Ərəbistanı Dəməşqdə səfirliyinə hücumu ittiham edib


Həmçinin Qətər və Türkiyə səfirlikləri hücuma məruz qalıb.

Bazar günü prezident Bashar Assadın minlərlə tərəfdarı Dəməşqdə Ərəb Dövlətləri
Liqasının Suriyanın bu təşkilatda iştirakını dayandırmasına etiraz olaraq nümayişə çıxıblar.

Ərəb Dövlətləri Liqası Suriya hakimiyyətini dinc sakinlərə qarşı zorakılıqları dayandırmağa, ordunu şəhərlərdən çıxarmağa çağırırlar.

Liqa Suriyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edəcəyini bildirib və ərəb ölkələrinin səfirlərini Suriyanı tərk etməyə çağırıb.

Şəmnbə günü Suriyanın İdlib əyalətində baş vermiş toqquşmalarda azı 13 adam ölüb.
Onlardan 9-u təhlükəsizlik qüvvələrinin üzvləridir.

Həmçinin Homs şəhərində 8 dinc sakin öldürülüb.

Bu barədə hüquq müdafiəçiləri xəbər verirlər..

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG