Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:25

İndoneziyada Obamanın bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçirilib


İndoneziyanın paytaxtı Cakartada radikal islamçılar ABŞ prezidenti Barack Obamanın həftəsonu bu ölkəyə gözlənilən səfərinə etiraz olaraq aksiya keçiriblər.

Hizbut Təhrir qrupunun 2500-dək tərəfdarı Cakartadakı ABŞ səfirliyinin qarşısına yığışaraq ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Həmçinin ölkənin digər şəhərlərində bu cür aksiyalar keçirilib.

Obama İndoneziyaya Şərqi Asiya ölkələrinin sammitində iştirak etmək üçün gedir.
XS
SM
MD
LG