Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:57

Braziliyada narkotik alverinə qarşı irimiqyaslı əməliyyat keçirilir


Braziliya polisi bazar günü mütəşəkkil cinayətkarlıq və narkotik alverinə qarşı növbəti irimiqyaslı əməliyyata başlayıb.

Polis sübh tezdən zirehli texnika və vertolyotların müşaiyətilə Rio de Janeiranın iri rayınlarından birinə girib.

Cümə axşamı bu rayonda narkobaron Antonio Fransisko Lopes qaçmaq istəyərkən ələ keçib.

2008-ci ildən Braziliyada bu cür əməliyyatlar keçirilir.

2014-cü il futbol üzrə dünya çempionatı və 2016-cı il Olimpiya oyunları Braziliyada keçiriləcək.
XS
SM
MD
LG