Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:04

İtaliyada yeni hökumətin tərkibi müzakirə olunur


İtaliya prezidenti Giorgio Napolitano ölkənin aparıcı siyasi partiyaları ilə yeni hökumətin tərkibini müzakirə edir.

Parlament büdcə haqqında yeni qanun qəbul etdiyinə görə baş nazir Silvio Berlusconi istefa verib.

Avropa Komissiyasının keçmiş üzvü Mario Monti baş nazirliyə əsas namizəd hesab olunur.

Yeni hökumətin əsas vəzifəsi iqtisadi cəhətdən avrozonada 3 cü böyük olkə olan İtaliyanı borc böhranından çıxarmaq və Yunanıstan, İrlandiya və Portuqaliyadkı vəziyyətə yol verməməkdir.

Berlusconi şənbə günü istefa verib.

Bir çox ölkə sakinləri küçələrə çıxaraq bu xəbəri şadyanalıqla qeyd edib, baş naziri təlxək, hoqqabaz adlandırıblar.

Berlusconi baş nazir olduğu bütün dövrdə seksual qalmaqal və korrupsiyada ittiham olunub.
XS
SM
MD
LG