Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Suriyanın Ərəb Dövlətləri Lİqasında iştirakı dayandırılıb


Şənbə günü Ərəb Dövlətləri Liqasının Qahirə görüşündə Suriyanın bu təşkilatda iştirakı,
Dəməşqin liqanın sülh planını yerinə yetirməsindək dayandırılıb.

Görüşdə qəbul edilmiş bəyanatda bu qərarın artıq çərşənbə günündən qüvvəyə minəcəyi bildirilir.

Liqa həmçinin ərəb ölkələrinin səfirlərini Dəməşqi tərk etməyə çağırıb.

Səsvermə zamanı 18 ölkə qərarın lehinə, Livan, Yəmən və Suriya isə əleyhinə səs verib.
İraq isə bitərəf qalıb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.

Dəməşq bu günlərdə ordunun şəhərlərdən çıxarılması və vəziyyətin dinc yolla həlliylə bağlı Ərəb Dövlətləri Liqasının sülh planını qəbul etsə də müxalifət və hüquq müdafiəçiləri ölkədə qətl və təqiblərin davam etdirildiyini deyirlər.
XS
SM
MD
LG