Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:24

Silvio Berlusconinin istefa verəcəyi gözlənilir


İtaliyanın baş naziri Silvio Berlusconinin şənbə günü istefa verəcəyi gözlənilir.

Buna səbəb senatın büdcə haqqında yeni qanun qəbul etməsidir.

Şənbə günü aşağı palatanın da belə qərar qəbul edəcəyi gözlənilir.

Berlusconi bundan sonra kabinetin son iclasını keçirəcək, sonra isə istefa ərizəsi vermək üçün prezident Giorgio Napolitanonun qəbuluna yollanacaq.
XS
SM
MD
LG