Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:57

Avropada radiasiyanın səviyyəsi qalxıb


Macarıstanın bir sıra rayonlarında radiasiyanın səviyyəsi qalxıb.

Bu barədə Macarıstan Milli Radiologiya İdarəsinin rəhbəri Geza Shafrani məlumat verib.

O bunun paytaxt Budapeşt və ölkənin şimal-şərq rayonunda müşahidə olunduğunu deyir.

Amma mütəxəssislər bunun insan orqanizmi üçün hələlik təhlükəli olmadığını deyirlər.

Çexiyalı mütəxəssislər də cümə günü Beynəlxalq Atom Enerjisi Agentliyinə ölkədə radiasiyanın səviyyəsinin artdığını bildiriblər.

Həmçinin Polşa, Slovakiya və Avstriya son həftələr ərazilərində radiasiyanın səviyyəsinin bir qədər artdığını xəbər verirlər.

Mütəxəssislər bunun səbəbini araşdırırlar.
XS
SM
MD
LG