Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:21

Ziyalılıq meyarı, paytaxtın üz qarası...


Foto: Arxiv
Foto: Arxiv
«Azadlıq» qəzetindəki «MƏNƏM GÜNAHKAR» sərlövhəli yazıda «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının anası Şamama Zeynallının fikirlərinə yer verilib:

«Bu şərəfli fəaliyyətinə görə mən də prezidentdən Əvəzə mükafat «sağ ol» gözləyirdim. Yaxşı deyiblər, sən saydığını say, gör, fələk nə sayır. Gözlədiyimin tam əksi oldu. Mədhiyyə deyən qəzetlərdən fərqli olaraq, «Xural»da gedən tənqidi yazılara görə oğlumun başına açılan oyunların şahidi oldum… Mənəm günahkar. Məni məhkum edin! Mən onu yaltaqlıq öyrədə bilməmişəm balama, mərdlik öyrətmişəm. Yalan, riya öyrədə bilməmişəm, düzlük öyrətmişəm. Məni məhkum edin…»

«Azərbaycan» qəzetində «ZİYALILIQ MEYARI»ndan söz açılır. Yazıda əsl ziyalının necə olması barədə fikir yürüdülür:

«Ziyalılar daim siyasi münasibətlərin fövqündə dayanmağı bacarmalıdırlar. Qaragüruh əxlaqdan, fürsətçilikdən, mövqe dəyişkənliyindən, avantürizmdən uzaq olaraq əsl vətəndaşlıq missiyası yürütmək ziyalının yeganə fəaliyyət amalı olmalıdır. Amma cəmiyyətdə hər hansı bir yanlışlıq olarsa, mənəvi aşınma prosesi başlayarsa, ziyalı susmamalıdır. Ümumiyyətlə, ziyalılar heç vaxt susmamalıdırlar. Lakin danışmaq xatirinə qışqırmaq da ziyalılıqla uzlaşmır…»

«YAĞLI VƏDLƏRDƏN 10 AY ÖTDÜ...». «Bizim yol» yazır ki, hökumət nə ipoteka kreditlərinin şərtlərini yumşaltdı, nə də sənədsiz evlər probleminə diqqət ayırdı:

«Hökumətin hazırladığı layihədə mübahisəli yerlərdə ev tikənlərin heç birinə sənəd
Bakıda ilk qar, 7 noyabr 2011
Bakıda ilk qar, 7 noyabr 2011
verilməyəcək…».

«MƏMURLARIN BÜDCƏNİ NECƏ TALADIĞI QIŞDA ÜZƏ ÇIXIR». «Yeni Müsavat» qəzetində ölkənin qaz və elektrik enerjisi ilə təminatındakı problemlərdən bəhs edilir:

«Büdcədən infrastrukturun yenidən qurulması və təmirinə xeyli vəsait xərclənir. Amma həmişəki kimi, ortada heç nə yoxdur. Eyni vəziyyət təkrarlanır. Rəsmi qurumlar «abonentlər çətinlik çəkməyəcək» deyir, ancaq bir neçə gün əvvəl evlərdə işıqların sönməsi, qazın kəsilməsi də təkzibedilməz faktdır…».

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, «ölkə əhalisi fasiləsiz elektrik enerjisi ilə tam təmin olunub».

«Azərbaycanda elektrik enerjisinin istehsalı, ötürülməsi, həmçinin əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı plana uyğun şəkildə həyata keçirilir», - deyə yazıda bildirilir.

«PAYTAXT İLK QIŞ SINAĞINDAN ÜZÜAĞ ÇIXMADI». Bunu isə «Ayna» qəzeti yazır.

«İnfrastruktur yarıtmaz vəziyyətdədir. Əhaliyə isə «qış vaxtına keçidi» gözləmək tövsiyə edilir…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG