Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:24
Ölkə ərazisində müşahidə edilən soyuq hava şəraiti noyabrın 15-i gündüzədək davam edəcək.

Bunu «Trend»ə Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Noyabrın 12-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gündüz 5-7, axşama doğru isə 3 dərəcə isti gözlənilir.

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın buludlu, yağıntılı olacağı proqnozlaşdırılır. Gündüz yağıntının tədricən kəsiləcəyi, havanın arabir açılacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Gecə 2-4, gündüz 5-7 dərəcə isti gözlənilir.

Noyabrın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən, yağmursuz olacaq. Amma noyabrın 14-ü axşam bəzi yerlərdə az yağıntı olacaq. Həmin gün şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Noyabrın 15-də isə havanın temperaturu bir qədər yüksələcək və gündüz saatlarında 6-9 dərəcə isti qeydə alınacaq.

Bu cür soyuq hava şəraiti Azərbaycanın rayonlarında da müşahidə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG