Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Azərbaycandan Türkiyəyə növbəti yardım karvanı yola salınıb


Noyabrın 11-də Azərbaycandan Türkiyəyə zəlzələdən zərərçəkənlər üçün növbəti yardım karvanı yola salınıb.

Karvanla 150 ədəd çadır, 200 ədəd yataq çarpayısı göndərilir.

Bu, artıq Türkiyənin Van bölgəsinə göndərilən üçüncü yardım karvanıdır.

Noyabrın 9-da Vanda 5.2 bal gücündə növbəti zəlzələ baş verib. Ölənlərin sayı 30-a çatıb.

Oktyabrın 23-də baş verən 7.2 bal gücündə zəlzələ nəticəsində isə 600-dən artıq insan həlak olmuşdu.
XS
SM
MD
LG