Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

Rusiya 100 qanunsuz tacik miqrantı ölkədən çıxarır



Rusiya rəsmiləri bu ölkədə qanunsuz yaşayan 100 nəfər Tacikistan vətəndaşını deporatiya etməyə hazırlaşdıqlarını bildirirlər. Miqrasiya rəsmiləri onların yaxın günlərdə ölkələrinə yola salınacaqlarını deyib.

Rusiya hökumətinin məlumatına görə hər il Tacikistandan 700 min adam iş dalınca Rusiyaya gedir. Bu iki ölkə arasında səfərlər üçün viza tələb edilməsə də işləmək üçün ayrıca icazə alınmalıdır.

İndi deportasiya olunan taciklər qarşıdakı beş il ərzində Rusiyaya gedə bilməyəcəklər.
Bu həftə Tacikistan məhkəməsi iki rus pilotu silah qaçaqçılığında ittiham edərək bir neçə il müddətinə azadlıqdan məhrum etmişdi. İndi Rusiya mediası yazır ki, indi Moskva tacikləri ölkədən çıxarmaqla pilotların həbsinin qisasını alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG