Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:49

Türkiyədə qaçırılan sərnişin bərəsi azad edilib


Arxiv foto

Arxiv foto

Türkiyənin İzmit şəhərində zəbt edilmiş sərnişin bərəsi azad edilib.

Noyabrın 12-si səhər İstanbul yaxınlığında keçirilmiş əməliyyat zamanı bərəni ələ keçirmiş şəxs öldürülüb.

O, PKK (Kürdüstan İşçi Partiyası) üzvü imiş.

Bərədə olan 18 sərnişin və heyət üzvlərinə bir şey olmayıb.

***

Kocaeli valsi Ercan Topca CNN Türk televiziyasına bildirir ki, gəmidə 17 sərnişin və dörd heyət üzvü var. Hadisə Bakı vaxtilə axşam saat 20:30-da baş verib. İzmitdən Gölcükə gedən gəmini qaçıranların da neçə nəfər olduğu bəlli deyil. Yalnız bir nəfər kapitanın otağına soxularaq üzərində partlayıcı maddə olduğunu deyib və istiqaməti dəyişməyi tələb edib.

Hələlik gəmini qaçıranın onu hara aprmaq istədiyi məlum deyil. Vali bildirir ki, gəmi İstanbul yaxınlarında dolaşır və hələ bir neçə saatlıq da yanacağı var.

Gəmini PKK terror təşkilatı üzvlərinin qaçırması və onu İmralı adasında saxlanan bu təşkilatın lideri Abdulla Öcalanın yanına aparılmasını tələb etməsi haqqında dolaşan söhbətləri da vali təsdiq etməyib. Vali həm də əlavə edir ki, gəmini qaçıranın konkret nə istədiyinin də hələlik məlum deyil.

***
Türkiyə rəsmiləri bildirirlər ki, noyabrın 11-də ölkənin qərbindəki İzmit şəhərindəki limanda içərisində 20 sərnişin və heyət üzvləri olan gəmi qaçırılıb. Hələlik hadisəni kimlərin törətdikləri və səbəbin nə olduğu haqqında ətraflı məlumat yoxdur.

İzmit merinin məlumatına görə o, gəminin heyəti ilə danışıb. Heyət üzvləri bildiriblər ki, gəmini qaçıranlar jurnalistlərlə görüşmək istədiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG