Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 22:30

Avropada radiasiyanın səviyyəsi artıb



Beynəlxalq Atom Enerjisi Agentliyi noyabrın 11-də məlumat verib ki, Avropanın bir neçə ölkəsində son günlər az miqdarda radioaktiv izotop aşkar edilib. Amma şüalanmanın mənbəyi hələlik məlum deyil.

Vyanda mənzillənən Agentlik bildirir ki, yod-131 maddəsinin hazırkı şüalanma səviyyəsi insan sağlamlığına təhlükəli deyil.

Çex Respublikasının nüvə təhlükəsizliyi rəsmiləri də qeyd edirlər ki, onlar oktyabrın sonundan bir neçə müşahidə məntəqəsində yod-131 maddəsinin şüalanmasını görüblər. Onlar bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG