Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

Metropolitan Muzeyində İslam bölməsi açılıb


Qalereyalardan birində nümayiş etdirilən eksponatlar

Qalereyalardan birində nümayiş etdirilən eksponatlar

Teymurləngin hazırlatdırdığı Quranın ən böyük nüsxəsi də burdadır

Dünyanın ən məşhur incəsənət muzeylərindən olan Metropolitanda İslama aid seksiya yenidən açılıb. 10 illik fasilədən sonra yenidən fəaliyyətə başlayan bu bölmədə dünyanın müxtəlif regionlarından 1200 eksponat toplanıb.

Metropolitanın İslam bölməsinə daxil olan ziyarətçilər ilk olaraq Qurani-Kərimin ən böyük surətini görürlər. Bu, Teymurləngin tapşırığı ilə hazırlanan müqəddəs kitabdır. Bu nüsxədə hərflərin hündürlüyü yarım metrə çatır. Həmin Quranın əsli Səmərqənddə yerləşir.

Metropolitan Muzeyindən görüntü

Metropolitan Muzeyindən görüntü

İslama aid eksponatlar ümumilikdə 15 qalereyada yerləşdirilib. Bu zalların hər biri xəlifələrin sarayları stilində bəzədilib. Hər yer mərmər və mozaik bəzəklərdən ibarətdir. Burada hətta şəriət məhkəməsi də quraşdırılıb. Ondan artıq mərakeşli usta bu səhnəni yaratmaq üçün 6 ay ərzində gərgin işləyiblər. Qalereyalardan 2-si sırf Osmanlı imperatorluğu dövrünə həsr edilib.

Ziyarətçilər 7-ci əsrdən 19-cu əsrə qədər İspaniya, Mərakeşdən tutmuş Banqladeşə qədər müxtəlif bölgələrdən toplanan xalçaları, sini qabları, qədim əlyazmaları, rəsm əsərlərini seyr edə bilirlər. Burdakı eksponatlar İslam dünyasının incəsənəti və memarlığına daha diqqətlə nəzər salmağa imkan yaradır.

Metropolitan muzeyi dünyanın sənət mərkəzi sayılır. Nyu-Yorkda yerləşən bu mərkəz hər il 5 milyon insan tərəfindən ziyarət olunur. İslam seksiyası muzeyin Met adlı əsas binasında yerləşir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG